Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türk dövlətləri arasında gömrük dəhlizi yaradılacaq

© Photo : REPORTTürk dövlətlərinin bayraqları
Türk dövlətlərinin bayraqları - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
"Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsində üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları həyata keçirilməsi əksini tapıb.
BAKI, 13 mart — Sputnik. Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunan "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Bununla da üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları həyata keçiriləcək.
Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub.
Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir.
Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənddə olmaqla doqquz Zirvə görüşü keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0