https://sputnik.az/20230313/sigortasiz-menzillere-gore-cerime-ile-uzlese-bilersiniz-452609992.html
Sığortasız mənzillərə görə cərimə ilə üzləşə bilərsiniz
Sığortasız mənzillərə görə cərimə ilə üzləşə bilərsiniz
Sputnik Azərbaycan
Daşınmaz əmlak üzrə ekspertlər isə hesab edir ki, sığortalanmayan çoxmənzilli binalarda mənzillərin satışına qadağa qoyulmaqdansa, qüsurlar araşdırılmalıdır. 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T09:31+0400
2023-03-13T09:31+0400
2023-03-13T09:31+0400
mənzil
cəmiyyət
ekspert
bina
çıxarış
dövlət reyestrindən çıxarış
ombudsman
illik hesabat
illik məruzə
https://cdnn1.img.sputnik.az/img/42261/31/422613177_0:116:3044:1828_1920x0_80_0_0_455f30c98c7f0ee1ba158310706e12ae.jpg
BAKI, 13 mart — Sputnik. Azərbaycanda sığortalanmayan çoxmənzilli binalarda mənzillərin satışı qadağan edilə bilər. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində bu məsələ əksini tapıb. Məruzədə qeyd edilib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması Ombudsman tərəfindən təklif olunur. Bakıda inşa edilən yeni binaların bir çoxunun sığortalanmadığını nəzərə alsaq, aqibətin necə olacağı sual doğurur. Ekspert rəyiƏmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi binalarda yaşayış olsa da, istismara qəbul aktı yoxdur: "Ombudsmanın söylədiyi fikirlər də əsasən həmin binalara yönəlib. Düşünürəm ki, belə bir məhdudiyyətin qoyulması vətəndaşların hüquqlarını məhdudlaşdıracaq. Yaxşı olardı ki məhdudiyyət qoyulmasın, qüsurlar araşdırılsın və aradan qaldırılsın. Bu mənzillərə çıxarış verilsin. Çıxarış olduqdan sonra həmin binalarda sığorta ilə bağlı məsələ də həllini tapacaq". "Qeyd edim ki, sığorta şirkətləri problemli binalarda sığortaya maraqlı deyil, riskə getmirlər", - deyə o əlavə edib. O qeyd edir ki, həddindən artıq qüsurlu, problemli hesab edilən bina ləğv olunmalıdır, yerində yenisi tikilməlidir: "Düzdür, qanunda natamam binalarla bağlı sığorta məsələsi əksini tapıb, lakin riskləri düşünərək heç bir sığorta şirkəti belə binaları sığortalamır". Absurd məhdudiyyətƏmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında belə bir məhdudiyyəti absurd hesab edir: “Həmin mənzillərin satışına qadağa qoymaq vətəndaşın mülkiyyətin hüququnun pozulması deməkdir”. O qeyd edir ki, bunun qarşısının alınması üçün çıxış yolu kimi satış qadağan edilməməlidir: “Mülkiyyət hüququ tanınmayan əmlak sığortalana bilməz. Mütləq şəkildə həmin binalara çıxarış verilməlidir. Çıxış yolu kimi tikilməkdə olan binalara ilkin çıxarışlar da verilə bilər”. Onun digər təklifi isə bu binaların alqı-satqısına hansısa dövlət qurumu tərəfindən nəzarətin aparılmasıdır: “Düşünürəm ki, alqı-satqı dövlət qurumu tərəfindən aparılmalıdır ki, saxtakarlığa yol verilməsin”. Qanunun tələbiQanunun tələblərinə görə, yanğının baş verməsi, ildırım düşməsi, qaz partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrində, yaşayış evlərində və binalarında, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur. Azərbaycan Sığortaçılar Assosiasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün elə məcburi xarakter daşıyır: “Daşınmaz əmlakın icbari sığortası üzrə proseslər 2011-ci ildə qəbul edilən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir". “Hazırda ölkə vətəndaşlarının icbari əmlak sığortasına olan yanaşması bizi tam olaraq qane etmir. Statistikaya görə, hazırda respublikada yaşayış obyektlərinin 90%-i, qeyri-yaşayış obyektlərinin isə 70%-i icbari qaydada sığorta edilməyib”, - deyə assosiasiyadan verilən məlumatda bildirilib. Cərimələr nəzərdə tutulub Assosasiyadan verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri cərimələrlə üzləşə biləcəklər: "Belə ki, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyən edilib: “Şəxs qeyd olunan maddədə nəzərdə tutulan icbari sığorta müqaviləsini bağlamadığına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır”. Onu da qeyd edək ki, hazırda Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə daşınmaz əmlakların icbari sığortası üzrə elektron sistemin yaradılması üzərində iş aparılır. Bu sistem yaradıldıqda ölkədə sığortalanmamış daşınmaz əmlakların sığortaya cəlbi təmin ediləcək. Qeyd edək ki, yaşayış obyektlərinin icbari əmlak sığortası üzrə tarif və təminat məbləğləri regionlara görə dəyişir. Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tarif 50 manat, sığorta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, digər şəhər və rayonlarda yerləşən yaşayış obyektləri üçün sığorta tarifi 30 manat, sığorta təminatı isə 15 min manata qədər müəyyən olunub. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına, həcminə görə müəyyən edilir. Ümumi tələblərə görə, hazırda qeyri-yaşayış obyektlərinin daşınmaz əmlakın icbari sığortası üzrə proseslərinə nəzarəti Fövqəladə Hallar Nazirliyi, yaşayış obyektlərinin icbari əmlak sığortasına nəzarəti isə yerli icra hakimiyyəti orqanları həyata keçirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42261/31/422613177_313:0:3044:2048_1920x0_80_0_0_0035029533374bbf066be917c730ee64.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mənzil, ekspert, bina, çıxarış, dövlət reyestrindən çıxarış, ombudsman, illik hesabat, illik məruzə
mənzil, ekspert, bina, çıxarış, dövlət reyestrindən çıxarış, ombudsman, illik hesabat, illik məruzə
Sığortasız mənzillərə görə cərimə ilə üzləşə bilərsiniz
Daşınmaz əmlak üzrə ekspertlər isə hesab edir ki, sığortalanmayan çoxmənzilli binalarda mənzillərin satışına qadağa qoyulmaqdansa, qüsurlar araşdırılmalıdır.
BAKI, 13 mart — Sputnik. Azərbaycanda sığortalanmayan çoxmənzilli binalarda mənzillərin satışı qadağan edilə bilər.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində bu məsələ əksini tapıb.
Məruzədə qeyd edilib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması Ombudsman tərəfindən təklif olunur.
Bakıda inşa edilən yeni binaların bir çoxunun sığortalanmadığını nəzərə alsaq, aqibətin necə olacağı sual doğurur.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi binalarda yaşayış olsa da, istismara qəbul aktı yoxdur: "Ombudsmanın söylədiyi fikirlər də əsasən həmin binalara yönəlib. Düşünürəm ki, belə bir məhdudiyyətin qoyulması vətəndaşların hüquqlarını məhdudlaşdıracaq. Yaxşı olardı ki məhdudiyyət qoyulmasın, qüsurlar araşdırılsın və aradan qaldırılsın. Bu mənzillərə çıxarış verilsin. Çıxarış olduqdan sonra həmin binalarda sığorta ilə bağlı məsələ də həllini tapacaq".
"Qeyd edim ki, sığorta şirkətləri problemli binalarda sığortaya maraqlı deyil, riskə getmirlər", - deyə o əlavə edib.
O qeyd edir ki, həddindən artıq qüsurlu, problemli hesab edilən bina ləğv olunmalıdır, yerində yenisi tikilməlidir: "Düzdür, qanunda natamam binalarla bağlı sığorta məsələsi əksini tapıb, lakin riskləri düşünərək heç bir sığorta şirkəti belə binaları sığortalamır".
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında belə bir məhdudiyyəti absurd hesab edir:
“Həmin mənzillərin satışına qadağa qoymaq vətəndaşın mülkiyyətin hüququnun pozulması deməkdir”.
O qeyd edir ki, bunun qarşısının alınması üçün çıxış yolu kimi satış qadağan edilməməlidir: “Mülkiyyət hüququ tanınmayan əmlak sığortalana bilməz. Mütləq şəkildə həmin binalara çıxarış verilməlidir. Çıxış yolu kimi tikilməkdə olan binalara ilkin çıxarışlar da verilə bilər”.
Onun digər təklifi isə bu binaların alqı-satqısına hansısa dövlət qurumu tərəfindən nəzarətin aparılmasıdır: “Düşünürəm ki, alqı-satqı dövlət qurumu tərəfindən aparılmalıdır ki, saxtakarlığa yol verilməsin”.
Qanunun tələblərinə görə, yanğının baş verməsi, ildırım düşməsi, qaz partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrində, yaşayış evlərində və binalarında, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur.
Azərbaycan Sığortaçılar Assosiasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün elə məcburi xarakter daşıyır:
“Daşınmaz əmlakın icbari sığortası üzrə proseslər 2011-ci ildə qəbul edilən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir".
“Hazırda ölkə vətəndaşlarının icbari əmlak sığortasına olan yanaşması bizi tam olaraq qane etmir. Statistikaya görə, hazırda respublikada yaşayış obyektlərinin 90%-i, qeyri-yaşayış obyektlərinin isə 70%-i icbari qaydada sığorta edilməyib”, - deyə assosiasiyadan verilən məlumatda bildirilib.
Cərimələr nəzərdə tutulub
Assosasiyadan verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri cərimələrlə üzləşə biləcəklər: "Belə ki, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyən edilib: “Şəxs qeyd olunan maddədə nəzərdə tutulan icbari sığorta müqaviləsini bağlamadığına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır”.
Onu da qeyd edək ki, hazırda Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə daşınmaz əmlakların icbari sığortası üzrə elektron sistemin yaradılması üzərində iş aparılır. Bu sistem yaradıldıqda ölkədə sığortalanmamış daşınmaz əmlakların sığortaya cəlbi təmin ediləcək.
Qeyd edək ki, yaşayış obyektlərinin icbari əmlak sığortası üzrə tarif və təminat məbləğləri regionlara görə dəyişir.
Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tarif 50 manat, sığorta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, digər şəhər və rayonlarda yerləşən yaşayış obyektləri üçün sığorta tarifi 30 manat, sığorta təminatı isə 15 min manata qədər müəyyən olunub.
Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına, həcminə görə müəyyən edilir. Ümumi tələblərə görə, hazırda qeyri-yaşayış obyektlərinin daşınmaz əmlakın icbari sığortası üzrə proseslərinə nəzarəti Fövqəladə Hallar Nazirliyi, yaşayış obyektlərinin icbari əmlak sığortasına nəzarəti isə yerli icra hakimiyyəti orqanları həyata keçirir.