https://sputnik.az/20230313/saatlida-yolu-baglayanlara-qarsi-silah-tetbiq-edilmeyib---dn-452666929.html
Saatlıda yolu bağlayanlara qarşı silah tətbiq edilməyib - DİN
Saatlıda yolu bağlayanlara qarşı silah tətbiq edilməyib - DİN
Sputnik Azərbaycan
Polis kapitanı bildirib ki, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T18:38+0400
2023-03-13T18:38+0400
2023-03-13T18:38+0400
polis
cəmiyyət
saatlı rayonu
su
kənd
narazılıq
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426213022_0:0:1080:608_1920x0_80_0_0_53cc56a5e8780f5ef949d4b81554e34a.jpg
BAKI, 13 mart — Sputnik. Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir. Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib. O, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib:Qeyd edək ki, bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolu bağlamağa cəhd edib.Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar.Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Hazırda araşdırmalar aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426213022_98:0:1058:720_1920x0_80_0_0_3b4975f6d3c10aed61a90601bb7480de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polis, saatlı rayonu, su, kənd, narazılıq
polis, saatlı rayonu, su, kənd, narazılıq
Saatlıda yolu bağlayanlara qarşı silah tətbiq edilməyib - DİN
Polis kapitanı bildirib ki, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib
BAKI, 13 mart — Sputnik. Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir.
Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.
O, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib:
"Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib".
Qeyd edək ki, bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolu bağlamağa cəhd edib.
Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar.
Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Hazırda araşdırmalar aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.