CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O qatarın dalınca baxa-baxa qalacağıq...

© Azerbaijan Railways CJSCSürət qatarı
Sürət qatarı - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Sakinlər bildirir ki Qəbələ Dəmiryol Vağzalının yerləşdiyi kənddən Qəbələnin mərkəzinə gəlmək üçün isə ən azı 5 manat taksiyə pul ödəməlidir.
BAKI, 13 mart — Sputnik. Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı martın 18-dən etibarən fəaliyyətə başlayır. Bu marşrutu üzrə sürətli sərnişin qatarına biletlər martın 4-dən etibarən satışa çıxarılacaq. "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb ki, marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93 manat təşkil edir.
© Sputnik / Zulfiyya GuluyevaQəbələ Dəmiryol Vağzalı
Qəbələ Dəmiryol Vağzalı - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Qəbələ Dəmiryol Vağzalı
"Qəbələlilər o qatarın arxasınca baxa-baxa qalacaq"
Artıq indidən Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarına biletlərin qiyməti geniş müzakirə mövzusuna çevrilib. Bildirilir ki, hazırda avtobusla Bakıdan Qəbələyə gediş haqqı 9 manat 84 qəpikdir. Taksi ilə bu qiymət 12 manatdır. Sərnişinlər taksi ilə Qəbələyə getməyin daha sərfəli olduğu qənaətindədirlər.
Qəbələnin Vəndam qəsəbə sakini Gülnarə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürət qatarı ilə gedib-gəlmək sərfəli deyil: "Qəbələyə sürət qatarı xəti çəkiləndə mən də sevinmişdim. Çünki, ayda iki-üç dəfə Qəbələyə gedib-gəlirik. Amma bilet qiymətləri açıqlananda gördüm ki, mən Qəbələyə ancaq xəyalımda qatarla gedib-gələ bilərəm".
© Official website of President of Azerbaijan RepublicStadler qatarı
Открытие железнодорожного вокзала в Габале и однолинейной железной дороги ст. Ляки-Габала - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Stadler qatarı
Qəbələ sakini deyir ki, 12 manata taksi ilə Vəndam kəndinə gedir. Qəbələ Dəmiryol Vağzalının yerləşdiyi Kürd kəndindən Vəndama gəlmək üçün isə ən azı 5 manat taksiyə pul ödəməlidir:
"Biletin qiymətini də hesablasaq bir nəfərə Qəbələyə getmək ən azı 19 manata başa gələcək. Mən taksi ilə bu yolu 2,5 saata gedirəm. Sürət qatarı ilə isə ən azı 4,5 saat yolda olmalıyam. Qəbələyə dəmiryolunun açılışı olanda çox sevinsəm də, qiymətləri görəndə kefim pozuldu".
G. Məmmədova onu da bildirib ki, Qəbələ Dəmiryol Vağzalının yerləşdiyi Kürd kəndini Qəbələnin mərkəzi ilə 20 kilometrlik məsafə ayırır. Qəbələ Dəmiryol Vağzalı Qəbələ Hava Limanına yaxın yerləşir. Hələki Qəbələ Dəmiryol Vağzalından Qəbələnin mərkəzinə isə marşrtut xəti açılmayıb. Həmsöhbətimiz bildirdi ki, ADY bilet qiymətini müəyyən edərkən vağzalın Qəbələnin mərkəzindən uzaqda yerləşdiyini də nəzərə almalıydı.
"Görünür qəbələlilər o qatarın arxasınca baxa-baxa qalacaq", - deyə Vəndam sakini bildirdi.
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a sürət qatarına bilet qiymətlərinin necə müəyyənləşdirdiyi barədə sorğumuza cavab veriləcəyini bildirdilər.
© Official website of President of Azerbaijan RepublicQəbələ Dəmiryol Vağzalı
Открытие железнодорожного вокзала в Габале и однолинейной железной дороги ст. Ляки-Габала - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Qəbələ Dəmiryol Vağzalı
Avtomobil sürət qatarından sərfəlidir?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının fəaliyyəti turizmin inkişafı baxımından vacib olsa da, qiymətlər sərfəli deyil. Onun sözlərinə görə, gediş-gəliş üçün ən ucuz bilet bir nəfər üçün 28 manat, ən baha bilet isə 186 manat olacaq. Bu isə kifayət qədər yüksək məbləğdir.
"Bakıdan Qəbələyə maşınla, maksimum, 2 saat 30 dəqiqəyə çatmaq olar. Tutalım, 4 nəfərlik ailə istirahət üçün Qəbələyə gedib qatarla da geri dönmək istəyir. Bunun üçün ən ucuz bilet alsalar 112 manat ödəməli olacaqlar. Əgər minik avtomobili ilə gedib geri dönsələr, təqribən 50 manat benzinə, yola isə bir tərəfə 2,5 saat sərf edəcəklər. Deməli minik avtomobili ilə daha ucuz qiymətə və daha qısa zamana gedib-gələ bilərlər" deyə iqtisadçı bildirib.
© Official website of President of Azerbaijan RepublicQəbələdə dəmir yol
Открытие железнодорожного вокзала в Габале и однолинейной железной дороги ст. Ляки-Габала - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Qəbələdə dəmir yol
Bilet qiymətlərinə yenidən baxılmalıdır
N. Cəfərli bildirib ki, belə rentabelsiz marşrutlar üzrə qatar reysləri ancaq bu sahədə çalışan məmurlara qazanc gətirir: "Məmurlar bu cür lahiyələrin özündən qazanırlar, işləməsindən yox! Yəni, o yolu çəkəndə, vaqon, qatar alanda, yolu təmir edəndə qazanc olur, yol işləyəndən sonra büdcədən dotasiya da alırlar".
N. Cəfərli biletlərin qiymətinə yenidən baxılmasının vacib olduğunu da vurğulayıb.
Turizm şirkətlərindən artıq sifarişlər var
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qiymətlər mövcud şəraitə uyğun tənzimlənir.
"Heç kəsi məcbur etmirlər ki, birinci sinifdən istifadə etsin. Artıq indidən turizm şirkətlərində Qəbələyə sürət qatarına maraq yaranıb. Bu marşrut dövlət tərəfindən yaradılıb və vətəndaşa təklif edilir. Qatarların alınma qiymətləri, sərnişinə xidməti nəzərə alsaq qiymətlər o qədər də yüksək deyil" deyə ekspert bildirib.
Qatarın sürətinin elə yüksək olmaması, məsafənin qət edilmə müddətinin uzun olmasına gəlincə, E. Muradlı bildirib ki, sürət həddi relyefə uyğun seçilir: "Qəbələ istiqamətinə sürət qatarının marşrutu Ağdaşdan sonra dağlıq ərazidən keçir. Yerdə qalan hissələr isə yaşayış məntəqələrinə düşür. Ona görə də sürəti aşağı salmaq vacibdir. Qatar "Kürdəmir bazarı"nın içərisindən keçir. Dəmiryolu ilə yaşayış evləri arasında məsafə 5 metrdir. Ona görə də bəzi yerlərdə sürət 50-ə düşür. Avtomobil nəqliyyatında imkan verilən ən yüksək hədd 110-dur. Sürət qatarında isə bu rəqəm 140-dan yuxarı olur".
© Official website of President of Azerbaijan RepublicQəbələdə dəmir yol
Открытие железнодорожного вокзала в Габале и однолинейной железной дороги ст. Ляки-Габала - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Qəbələdə dəmir yol
Məlumat üçün bildirək ki, Gürcüstanın Tbilisi-Batumi xəttilə hərəkət edən sürət qatarı 550 km. məsafəni 3.5 saata qət edir. Biletin qiyməti isə 25 laridir (15,8 manat).
Qeyd edək ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var. Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq.
Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq. Beləcə Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə olacaq. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.
Xatırladaq ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2 300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir. Bakı-Qəbələ dəmir yolunun açılışı 2021-ci ilin mayın 15-də baş tutub.
Məlumat üçün bildirək ki, 2020-ci ildə dünyada koronavirus pandemiyası səbəbilə Azərbaycanda da xüsusi karantin rejimi elan edib, həmin rejim çərçivəsində bir müddət ölkədə şəhərlərarası bütün növ nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Daha sonra digər nəqliyyat növlərinin gedib-gəlişinə məhdudiyyət aradan qaldırılsa da, dəmir yollarının sərnişindaşıma fəaliyyəti əsasən bərpa olunmayıb. Hazırda ölkəmizdə Gəncə sürət qatarı istisna olmaqla, bölgələrə qatarla sərnişindaşıma dayandırılıb.
Xəbər lenti
0