Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nigar Helminin "Qadın rayihəsi" adlı fərdi sərgisi açılıb - FOTO

© Photo : courtesy of Nigar HelmiNigar Helminin "Qadın rayihəsi" adlı fərdi sərgisi
Nigar Helminin Qadın rayihəsi adlı fərdi sərgisi - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Sərgidə nümayiş olunan rəsmlərdəki bütün çiçəklər qadın gözəlliyinin və zərifliyinin simvolu, qadın enerjisinin təzahürüdür. Sərgi martın 19-dək öz işini davam etdirəcək.
BAKI, 13 mart — Sputnik. Müasir İncəsənət Muzeyində Azərbaycan Rəssamlar İttifaqının, həmçinin UNESCO nəzdində Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü (IAA/AIAP), "Miras" qrupunun yaradıcısı və yaradıcı direktoru Nigar Helminin "Qadın rayihəsi" adlı fərdi sərgisi açılıb.
Sərginin açılış mərasimində dövlət və özəl qurumların nümayəndələri, incəsənət adamları və sənətsevərlər iştirak ediblər.
© Photo : courtesy of Nigar HelmiNigar Helminin "Qadın rayihəsi" adlı fərdi sərgisi
Nigar Helminin Qadın rayihəsi adlı fərdi sərgisi - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Nigar Helminin "Qadın rayihəsi" adlı fərdi sərgisi
Sərgidə Nigar Helminin realizm və rəngdən qeyri-məhdud istifadəni mükəmməl şəkildə bir araya gətirdiyi 30 rəsm əsəri nümayiş etdirilir.
Açılış mərasimində tədbir iştirakçılarına minnətdarlığını bildirən rəssam sərgidə nümayiş olunan əsərlər barədə məlumat verib. Bildirilib ki, rəsmlərdəki bütün çiçəklər qadın gözəlliyinin və zərifliyinin simvolu, qadın enerjisinin təzahürüdür. Nigar Helmi Azərbaycan təsviri sənətinin inkişafı naminə bundan sonra da əzmlə çalışacağını ifadə edib.
© Photo : courtesy of Nigar HelmiNigar Helminin "Qadın rayihəsi" adlı fərdi sərgisi
Nigar Helminin Qadın rayihəsi adlı fərdi sərgisi - Sputnik Azərbaycan
1/4
Nigar Helminin "Qadın rayihəsi" adlı fərdi sərgisi
© Photo : courtesy of Nigar HelmiNigar Helminin "Qadın rayihəsi" adlı fərdi sərgisi
Nigar Helminin Qadın rayihəsi adlı fərdi sərgisi - Sputnik Azərbaycan
2/4

3/4

4/4

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar. Sərgi martın 19-dək öz işini davam etdirəcək.
Məlumat üçün bildirək ki, N.Helmi rəssamlıq karyerasına 2012-ci ildən başlayıb. 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub. "Gövhər Ağa məscidi", "Bülbül evinin xarabalıqları", "Pənahəli xan sarayının xarabalıqları" və "Varəzgün məbədi" kimi məşhur əsərlərindən bəziləri bir sıra nüfuzlu sərgilərində nümayiş olunub. Nigar Helmi öz sənətkarlığını yaradıcı təşəbbüskarlığı ilə birləşdirmək üçün köhnə arzusunu həyata keçirərək orijinal "Miras" brendini yaradıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0