Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Kollec məzunları iş tapa bilmirlər - Problem

© pixabay / Free-Photosİşsiz adam
İşsiz adam - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev ali təhsil müəssisəsinin keyfiyyətli təhsilə görə daha yuxarı təhsil haqqı tələb etmək hüququnun olmadığını vurğulayıb.
BAKI, 13 mart — Sputnik. "Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də "Ali təhsil haqqında" qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır:
"Kollec məzunlarında bu problem daha dərindir. Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır".
Ali təhsil müəssisələrinə akademik muxtariyyət verilməlidir
Emin Əmrullayev həmçinin qeyd edib ki, ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi doğru olardı.
Nazirin sözlərinə görə, bundan əvvəl isə akademik muxtariyyətin nə olduğu qanunda vahid bir tarif şəklində öz əksini tapmalıdır: "Qanun elə çevik formada yazılmalıdır ki, hökumətə və digər qurumlara daha səmərəli işləməyə imkan versin. Bəzən hansısa ölkə ilə saziş imzalamaq istəyirik, lakin qanunvericiliklə bunu tənzimləmək olmur. Ona görə Milli Məclisə gəlmək məcburiyyətində qalırıq. Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının ləngiməsi də qanunvericilikdə problemin olmasıdır".
Ali məktəblər yüksək təhsil haqqı tələb edir
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib ki, ali təhsil müəssisəsinin keyfiyyətli təhsilə görə daha yuxarı təhsil haqqı tələb etmək hüququ yoxdur.
"Mahiyyət etibarilə sən keyfiyyətlisənsə, daha az vəsait əldə edirsən və təhsilin keyfiyyətinin artırılması üçün vəsaitin olmur. Göründüyü kimi burada paradoks var. Həmçinin alternativ maliyyə mənbələrinə də çıxış imkanları yoxdur", - Komitə sədri qeyd edib.
Məlumat üçün bildirək ki, bu gün Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Elm və Təhsil komitəsinin deputatları, elm və təhsil naziri Emin Əmrullayev və onun müavini İdris İsayev, Nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaqub Piriyev, elm və təhsil nazirinin müşavirləri - Elnur Nəsibov, Simuzər Feyzullayeva, Nicat Məmmədli, Azərbaycan Respublikası Təhsil İnstitutunun Direktoru Rüfət Əzizov və digər nazirlik əməkdaşları iştirak edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0