https://sputnik.az/20230313/ermenistan-danisiqlardan-yayinmaq-ucun-behane-axtarir---resmi-baki-ise-xeberdarliq-edir-452662866.html
Ermənistan danışıqlardan yayınmaq üçün bəhanə axtarır - rəsmi Bakı isə xəbərdarlıq edir
Ermənistan danışıqlardan yayınmaq üçün bəhanə axtarır - rəsmi Bakı isə xəbərdarlıq edir
Sputnik Azərbaycan
Millət vəkili qeyd edib ki, Ermənistan tərəfi gərək 44 günülk Vətən Müharibəsində aldığı zərbəni unutmasın, problemlərin hərbi yolla həlli imkanları yenə də... 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T17:59+0400
2023-03-13T17:59+0400
2023-03-13T17:59+0400
siyasət
ermənistan
vaxt
sülh sazişi
fransa
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053165_0:162:3067:1887_1920x0_80_0_0_88b2e81bb4b805e6edbffeec1f3403b2.jpg
BAKI, 13 mart — Sputnik. "Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır". Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli KİV-ə müsahibəsində bildirib. Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir. Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınmaqla nəyə nail olmağa çalışır və Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün hansı addımları ata bilər? Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb. Millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistan status-kvonu saxlamaqla sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışır:Arzu Nağıyev onu da qeyd edib ki, Azərbaycanın sülhə yönəlik addımlar atmasının qarşılığında növbəti erməni təxribatı baş verdi:"Mən burada martın 5-də Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi təxribatı nəzərdə tuturam. Eyni zamanda separatçıların quldurbaşı Araik Arutyunyanın reinteqrasiya prosesinə qarşı açıqlamasını diqqətkənar qoymaq olmaz. Onlar birmənalı olaraq vaxt qazanmağa və hansısa xarici qüvvələrin diqtəsi ilə siyasət yürütməyə çalışırlar. Amma Ermənistan tərəfi gərək 44 günülk Vətən Müharibəsində aldığı zərbəni unutmasın. Yəni problemlərin hərbi yolla həlli imkanları yenə də qalmaqdadır. Lakin Azərbaycan humanist üsullarla problemlərin həllinin tərəfdarıdır və prosesləri sülh yolu ilə yekunlaşdırmağa çalışır". Politoloq Tofiq Abbasov isə hesab edir ki, Ermənistan hazırda özünə yox, xarici amillərə güvənərək hərəkət edir:Politoloq həmçinin qeyd edib ki, Azərbaycandan yan keçməklə Ermənistan keçməsi nəzərdə tutulan dəhliz yolu ilə bağlı səsləndirilən fikirlərdən də aydın olur ki, bu gün Ermənistanın addımları öz beyninin məhsulu deyil:"Ermənistan bu gün həm Hindistanın, həm İranın, həm Fransanın təsiri altındadır. Belə vəziyyətdə Ermənistanın danışıqlar prosesində mövqe sərgiləməsi çətindir. Ən yaxşı halda Ermənistan özfəaliyyətlə məşğul ola bilər. Buradan da aydın olur ki, sülh məsələsi Ermənistanın yox, onun havadarlarının gündəliyində yer almalıdır". Ekspert bildiri ki, Azərbaycan sülh nizamlanması prosesində israrlıdır və bəzi məsələlərin təxirəsalınmaz şəkildə həyata keçirilməsini istəyir:Politoloq hesab edir ki, Ermənistanın Qarabağa silah-sursat daşımağa cəhd etməsi təhlükəli oyundur:"Azərbaycan post-münaqişə dövründə bir-iki dəfə Ermənistanı cəzalandırıb. Bunlar hamısı Ermənistan üçün xəbərdarlıqlardır. Ermənistan normal şəkildə münasibətləri nizamlamağa çalışmayacaqsa, yenə başından zərbə alacaq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053165_168:0:2899:2048_1920x0_80_0_0_70c4872cb545f48224bde1e23c0f88ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, vaxt, sülh sazişi, fransa, rusiya
ermənistan, vaxt, sülh sazişi, fransa, rusiya
Ermənistan danışıqlardan yayınmaq üçün bəhanə axtarır - rəsmi Bakı isə xəbərdarlıq edir
Millət vəkili qeyd edib ki, Ermənistan tərəfi gərək 44 günülk Vətən Müharibəsində aldığı zərbəni unutmasın, problemlərin hərbi yolla həlli imkanları yenə də qalmaqdadır.
BAKI, 13 mart — Sputnik. "Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır". Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli KİV-ə müsahibəsində bildirib.
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir.
Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınmaqla nəyə nail olmağa çalışır və Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün hansı addımları ata bilər?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistan status-kvonu saxlamaqla sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışır:
"Ermənistan hesab edir ki, Rusiyanın regionda təsir imkanları zəifləyib və bunun nəticəsində Qərb qüvvələri bölgədə yerləşə bilər. Biz bunu Fransanın timsalında görürük. Fransa çox ciddi-cəhdlə Ermənistanın maraqlarının müdafiəçisi qismində çıxış edir və qərəzli addımlar atır. Bütün atılan addımların isə məqsədi odur ki, Azərbaycan və Ermənistan arasında danışıqlar pozulsun. Azərbaycan isə prosesi pozmağa yönəlmiş bütün destruktiv hərəkətlərin qarşısını sülh prosesini sürətləndirəcək addımlarla cavab verir. Elə rəsmi Bakının Qarabağın erməni icmasına növbəti görüş təklifi də bunun tərkib hissəsidir".
Arzu Nağıyev onu da qeyd edib ki, Azərbaycanın sülhə yönəlik addımlar atmasının qarşılığında növbəti erməni təxribatı baş verdi:
"Mən burada martın 5-də Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi təxribatı nəzərdə tuturam. Eyni zamanda separatçıların quldurbaşı Araik Arutyunyanın reinteqrasiya prosesinə qarşı açıqlamasını diqqətkənar qoymaq olmaz. Onlar birmənalı olaraq vaxt qazanmağa və hansısa xarici qüvvələrin diqtəsi ilə siyasət yürütməyə çalışırlar. Amma Ermənistan tərəfi gərək 44 günülk Vətən Müharibəsində aldığı zərbəni unutmasın. Yəni problemlərin hərbi yolla həlli imkanları yenə də qalmaqdadır. Lakin Azərbaycan humanist üsullarla problemlərin həllinin tərəfdarıdır və prosesləri sülh yolu ilə yekunlaşdırmağa çalışır".
Politoloq Tofiq Abbasov isə hesab edir ki, Ermənistan hazırda özünə yox, xarici amillərə güvənərək hərəkət edir:
"Ermənistan hökuməti xaricdən gələn təlimatlarla hərəkət edir. Digər tərəfdən Ermənistanın Türkiyə seçkilərindən gözləntiləri var. Ermənistanda hesab edirlər ki, Ərdoğan hakimiyyəti seçkilərdə məğlub olarsa, onlar üçün şərait daha əlverişli olacaq. Həmçinin Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqının regionda fəaliyyəti özünü qabarıq şəkildə göstərir. Çünki Qərb dairələri Paşinyana dəstək verirlər, indi həm də Hindistan da bu proseslərdə canfəşanlıq edir".
Politoloq həmçinin qeyd edib ki, Azərbaycandan yan keçməklə Ermənistan keçməsi nəzərdə tutulan dəhliz yolu ilə bağlı səsləndirilən fikirlərdən də aydın olur ki, bu gün Ermənistanın addımları öz beyninin məhsulu deyil:
"Ermənistan bu gün həm Hindistanın, həm İranın, həm Fransanın təsiri altındadır. Belə vəziyyətdə Ermənistanın danışıqlar prosesində mövqe sərgiləməsi çətindir. Ən yaxşı halda Ermənistan özfəaliyyətlə məşğul ola bilər. Buradan da aydın olur ki, sülh məsələsi Ermənistanın yox, onun havadarlarının gündəliyində yer almalıdır".
Ekspert bildiri ki, Azərbaycan sülh nizamlanması prosesində israrlıdır və bəzi məsələlərin təxirəsalınmaz şəkildə həyata keçirilməsini istəyir:
"Hazırkı şəraitdə itirən tərəfə sadəcə Ermənistandır. Ermənistanda bir gün gec də olsa anlayacaqlar ki, ona fitva verənlər onun ziyanına addımlar atıblar. Bu baxımdan Azərbaycan Prezidentinin köməkçisinin səsləndirdiyi fikirlər mövcud reallığı əks etdirir. Ermənistan proseslərdə pozucu mövqedədir və onun heç bir təsir imkanları yoxdur. Ermənistan nəyəsə nail olmaq istəyirsə, gərək regiondakı ölkələrlə yaxınlaşsın", - deyə politoloq vurğulayıb.
Politoloq hesab edir ki, Ermənistanın Qarabağa silah-sursat daşımağa cəhd etməsi təhlükəli oyundur:
"Azərbaycan post-münaqişə dövründə bir-iki dəfə Ermənistanı cəzalandırıb. Bunlar hamısı Ermənistan üçün xəbərdarlıqlardır. Ermənistan normal şəkildə münasibətləri nizamlamağa çalışmayacaqsa, yenə başından zərbə alacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.