Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əli Əsədov Nobel sülh mükafatı laureatı ilə görüşüb

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanAzərbaycanın Baş naziri Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb
Azərbaycanın Baş naziri Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.
BAKI, 13 mart — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.
Qeyd edək ki, Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi fəaliyyəti yüksək qiymətləndirilib.
Eyni zamanda digər aktual mövzular ətrafında müzakirələr aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0