CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Duman yollarda təhlükə yarada bilər - Yol polisi xəbərdarlıq edir

© Sputnik / Murad OrujovBakıda dumanlı hava
Bakıda dumanlı hava - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Qurum qatı duman digər hərəkət iştirakçılarını belə havalarda daha diqqətli olmağa, sürət həddini hava şəraitinə uyğun seçməyə çağırır.
BAKI, 13 mart - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
Qurumun məlumatında bildirilirb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, martın 13-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq ölkə ərazisində bəzi magistral yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.
Qeyd olunur ki, qatı duman digər hərəkət iştirakçılarının, habelə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək lazımdır:
"Nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur", - deyə qurumun məlumatında qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0