https://sputnik.az/20230313/dovlet-yol-polisi-sehhetinde-ciddi-problemler-olan-suruculere-muraciet-edib-452635288.html
Dövlət Yol Polisi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
Dövlət Yol Polisi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
Sputnik Azərbaycan
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və... 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T10:36+0400
2023-03-13T10:36+0400
2023-03-13T10:36+0400
cəmiyyət
din
dövlət yol polisi idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435079500_0:103:2000:1228_1920x0_80_0_0_5bfe8a95ab9cbed25fd738d6a3367f3f.jpg
BAKI, 13 mart — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib. İdarənin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, yaz fəslinin gəlişi insanların həyat tərzinə, əhval-ruhiyyəsinə birbaşa təsir göstərir. Mütəxəssislərin fikrincə iqlim dəyişmələrinə uyğun olaraq yaz fəslində orqanizmdə təlatümlərin olması bir sıra xəstəliklərin oyanmasına və ya kəskinləşməsinə təkan verir. Belə hallar, xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha aydın göstərir ki, bu da onların ümumi həyat tərzinə təsirsiz ötüşmür. Lakin, təəssüf ki, bəzi hallarda səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da sonda insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnən hadisələrə gətirib çıxarır, ailə faciələrinə yol açır. Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq gətirən maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən, belə halların doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435079500_114:0:1887:1330_1920x0_80_0_0_49f49e55bea55a44677d6cd990ceb819.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din, dövlət yol polisi idarəsi
din, dövlət yol polisi idarəsi
Dövlət Yol Polisi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir
BAKI, 13 mart — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.
İdarənin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, yaz fəslinin gəlişi insanların həyat tərzinə, əhval-ruhiyyəsinə birbaşa təsir göstərir. Mütəxəssislərin fikrincə iqlim dəyişmələrinə uyğun olaraq yaz fəslində orqanizmdə təlatümlərin olması bir sıra xəstəliklərin oyanmasına və ya kəskinləşməsinə təkan verir.
Belə hallar, xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha aydın göstərir ki, bu da onların ümumi həyat tərzinə təsirsiz ötüşmür. Lakin, təəssüf ki, bəzi hallarda səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da sonda insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnən hadisələrə gətirib çıxarır, ailə faciələrinə yol açır.
Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq gətirən maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən, belə halların doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.