https://sputnik.az/20230313/dollarin-ucuzlasmasi-nefti-bahalasdirdi-452638891.html
Dolların ucuzlaşması nefti bahalaşdırdı
Dolların ucuzlaşması nefti bahalaşdırdı
Sputnik Azərbaycan
ABŞ-da baş verən bank böhranı ABŞ Mərkəzi Bankının növbəti aylarda sərt pul siyasətini yumşaldacağına dair gözləntiləri artırıb. 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T11:56+0400
2023-03-13T11:56+0400
2023-03-13T11:56+0400
neft
neft-qaz
qiymət
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299051_0:0:3488:1963_1920x0_80_0_0_4774598b94f92cf14db34477489aee3e.jpg
BAKI, 13 mart — Sputnik. Dünya bazarlarında neftin qiymətləri bahalaşıb. "Brent" neftinin dəyəri 0.41% artaraq 1 barelə görə 83.12 dollar, "WTI" markalı neftin 1 barelinin qiyməti 0.46% artaraq 77.03 dollar olub. Qeyd edək ki, dünyada dolların ucuzlaşması neftin bahalaşmasına səbəb olub. Bazar ertəsi neft qiymətləri bir qədər yüksəlib. ABŞ-da baş verən bank böhranı ABŞ Mərkəzi Bankının (FED) növbəti aylarda sərt pul siyasətini yumşaldacağına dair gözləntiləri artırıb. Bu gözləntilər də dolların aşağı düşməsinə təsir göstərib. ABŞ-da 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə böyük bank "Silicon Valley Bank" (SVB) müflis olub. "Silicon Valley Bank"dan bütün sığortalanmış əmanətlər "Santa Clara" Əmanətlərin Sığortalanması Milli Bankına köçürülüb və əmanətçilərin 13 mart bazar ertəsi günündən gec olmayaraq əmanətlərinə çıxış əldə etməsi gözlənilir. ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, ölkənin bank sistemi "Silicon Valley Bank" ətrafındakı vəziyyətin öhdəsindən gəlməlidir. Bundan başqa, Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpası qlobal xam neft bazarları üçün də müsbət xəbərdir. Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin bir barelinin qiyməti 0,66 dollar azalaraq 84,79 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299051_757:0:3488:2048_1920x0_80_0_0_4475b9f759c4b01f33641d6fb56c9000.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft
neft, qiymət, azeri light markalı neft
Dolların ucuzlaşması nefti bahalaşdırdı
ABŞ-da baş verən bank böhranı ABŞ Mərkəzi Bankının növbəti aylarda sərt pul siyasətini yumşaldacağına dair gözləntiləri artırıb.
BAKI, 13 mart — Sputnik. Dünya bazarlarında neftin qiymətləri bahalaşıb. "Brent" neftinin dəyəri 0.41% artaraq 1 barelə görə 83.12 dollar, "WTI" markalı neftin 1 barelinin qiyməti 0.46% artaraq 77.03 dollar olub.
Qeyd edək ki, dünyada dolların ucuzlaşması neftin bahalaşmasına səbəb olub. Bazar ertəsi neft qiymətləri bir qədər yüksəlib. ABŞ-da baş verən bank böhranı ABŞ Mərkəzi Bankının (FED) növbəti aylarda sərt pul siyasətini yumşaldacağına dair gözləntiləri artırıb. Bu gözləntilər də dolların aşağı düşməsinə təsir göstərib.
ABŞ-da 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə böyük bank "Silicon Valley Bank" (SVB) müflis olub. "Silicon Valley Bank"dan bütün sığortalanmış əmanətlər "Santa Clara" Əmanətlərin Sığortalanması Milli Bankına köçürülüb və əmanətçilərin 13 mart bazar ertəsi günündən gec olmayaraq əmanətlərinə çıxış əldə etməsi gözlənilir. ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, ölkənin bank sistemi "Silicon Valley Bank" ətrafındakı vəziyyətin öhdəsindən gəlməlidir.
Bundan başqa, Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpası qlobal xam neft bazarları üçün də müsbət xəbərdir.
Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin bir barelinin qiyməti 0,66 dollar azalaraq 84,79 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.