https://sputnik.az/20230313/deputat-bayram-gunlerinde-hotellerde-qiymet-adi-gunlerden-3-defe-baha-olacaq-452656343.html
Deputat: "Bayram günlərində hotellərdə qiymət adi günlərdən 3 dəfə baha olacaq"
Deputat: "Bayram günlərində hotellərdə qiymət adi günlərdən 3 dəfə baha olacaq"
Sputnik Azərbaycan
Vüqar Bayramov bildirib ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5 ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T19:56+0400
2023-03-13T19:56+0400
2023-03-13T19:56+0400
hotel
cəmiyyət
qiymət
deputat
bayram
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170824_0:80:3072:1808_1920x0_80_0_0_8efeea68e36318e920eaedcbecc29fb9.jpg
BAKI, 13 mart — Sputnik. "Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar". Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb. Deputat bildirilib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlərlə müqayisədə orta hesabla 3 dəfə baha olacaq:"Regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır". Daha sonra millət vəkili bildirib ki, turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır."Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2 ulduzlu hotellərin tikilməsi olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turist cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5 ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Buna görə də, azulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu, sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir", - deyə Vüqar Bayramov qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170824_203:0:2934:2048_1920x0_80_0_0_9b68d245c9ded6187ea8cca0c4e50f04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hotel, qiymət, deputat, bayram
hotel, qiymət, deputat, bayram
Deputat: "Bayram günlərində hotellərdə qiymət adi günlərdən 3 dəfə baha olacaq"
Vüqar Bayramov bildirib ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5 ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər.
BAKI, 13 mart — Sputnik. "Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar". Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.
Deputat bildirilib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlərlə müqayisədə orta hesabla 3 dəfə baha olacaq:
"Regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır".
Daha sonra millət vəkili bildirib ki, turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır.
"Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2 ulduzlu hotellərin tikilməsi olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turist cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5 ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Buna görə də, azulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu, sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir", - deyə Vüqar Bayramov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.