Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu şəxslər universitetlərə müsabiqədənkənar qəbul olunacaqlar - Nazir

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Emin Əmrullayev bildirib ki, ali məktəblərimizin yataqxana problemi var, ali təhsil müəssisələri üçün yataqxana sistemi yaradılmalıdır.
BAKI, 13 mart — Sputnik. "İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər". Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, hazırda istedadı olan idmançı 14-15 yaşına çatanda valideyn yolayrıcında qalır:
"Ali məktəbə qəbul üçün əlavə hazırlıq məsələsi gündəmə gəlir. Hesab edirəm ki, bu, ədalətli deyil. Nəzərə almaq lazımdır ki, bütün ölkələrdə idman peşəkar sahəyə çevrilib. İstedadlı idmançı artıq yeniyetmə yaşlarında intensiv məşqlərə hazırlaşmalıdır".
O qeyd edib ki, ali təhsil müəssisələrində idman həyatı ilə bağlı müəyyən addımlar atılmalıdır:
"Burada söhbət böyük rəqəmlərdən getmir. Artıq ali təhsil müəssisələrində qəbul sayı 50 mindən artıqdır. Bu sayın da 60 minə yaxınlaşması nəzərdə tutulur. İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla həm idmanın inkişafına, həm də Azərbaycan bayrağını yüksəklərə qaldırmağa töhfə vermiş olarıq".
Nazir qeyd edib ki, elm və təhsildə inqilabi dəyişikliklər edilə bilməz, lakin islahatlar aparılmalıdır.
Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı isə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib ki, tələbə müəllim ixtisası üzrə ali məktəbi bitirir, amma dərs deyə bilmir. Ya da mühəndis universiteti bitirir, lakin çalışa bilməsi üçün bəzi ehtiyacları olur:

"Biz öncə müəyyənləşdirməliyik ki, bizə diplomu olub, bacarığı, səriştəsi olmayanlar, yoxsa dünyaya çıxa bilən insanlar lazımdır. Digər tərəfdən, xaricdə təhsilin bəzi məqamları var ki, milli təhlükəsizlik baxımından çox diqqətlə yanaşmalıyıq. Həmçinin oxuyub gələn bəzi şəxslərin diplomu tanınmır və valideynlər məhkəmələrə üz tutur. Bunun çıxış yolu universitetləri gücləndirməkdən keçir. Çünki tələbə xaricə gedib qayıdanda bir sıra siyasi problemlər də ortaya çıxır. Digər tərəfdən ali məktəblərimizin yataqxana problemi var. Hesab edirəm ki, ali təhsilimiz üçün yataqxana sistemi yaradılmalıdır".

Nazir qeyd edib ki, elm və təhsildə inqilabi dəyişikliklər edilə bilməz: "Bunun ağır nəticələri olar. Lakin islahatlar aparılmalıdır".
Məlumat üçün bildirək ki, "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinə 570 təklif daxil olub. Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə bildirib ki, aidiyyəti orqanlardan gələn təkliflər arasında 301 təklif komitə tərəfindən qəbul olunub. Komitə tərəfindən təqdim edilən qanun lahiyəsi 12 fəsil, 55 maddədən ibarətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0