https://sputnik.az/20230313/braziliyada-heyder-eliyeve-hesr-olunan-konsert-kecirilib-452650532.html
Braziliyada Heydər Əliyevə həsr olunan konsert keçirilib
Braziliyada Heydər Əliyevə həsr olunan konsert keçirilib
Sputnik Azərbaycan
Konsertə yerli tamaşaçılarla yanaşı Rio-de-Janeyro Ştatı qubernatorluğu, yerli qanunvericilik və icra hakimiyyətinin yüksək vəzifəli nümayəndələri də... 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T23:19+0400
2023-03-13T23:19+0400
2023-03-13T23:19+0400
konsert
heydər əliyev ili
heydər əliyev
braziliya
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0d/452650377_0:119:1200:794_1920x0_80_0_0_2e8ee39a8bf7121e22e7bb538f5d32ed.jpg
BAKI, 13 mart — Sputnik. Mədəniyyət Nazirliyinin və Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə ölkəmizin mədəniyyətinin, onun musiqisinin təbliği çərçivəsində Rio-de-Janeyro şəhərində Latın Amerikasının ən qədimi və tanınmış teatrı olan Teatro Munisipalda maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Dövlət Simfonik Orkestrinin konserti keçirilib. Səfirliyin yaydığı xəbərə görə, tədbirin açılışında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz, bu ilin "Heydər Əliyev İli" kimi qeyd edildiyini bildirib. O, bu konsertin Azərbaycanın müasir musiqisinə əvəzolunmaz dəstəyini vermiş, onun beynəlxalq ictimaiyyətə yayılması, mədəni irsimizin müasirliyə uyğunlaşdırılması üçün beynəlxalq klassik musiqisinin də Azərbaycan tərəfindən mənimsənilməsinə yardım etmiş, Azərbaycanın musiqiçilik istedadlarına, bu musiqi ənənələrin gələcək nəsillərə ötürülməsi üçün daim dəstək vermiş Ümummilli Lider Heydər Əliyevin şanlı adına həsr edildiyini bəyan edib.Səfir R.Novruz dinləniləcək bu konsertdə məşhur bəstəkarımız Qara Qarayevin "Leyli və Məcnun" simfonik poemasının ifa ediləcəyini qeyd edib, bəstəkar haqqında məlumat verib. Təntənəli konsert axşamı Q.Qarayevin məhz bu simfonik poeması ilə başlanıb. Həmçinin rus bəstəkarı Sergey Raxmaninovun 2 saylı simfoniyası və Norveç bəstəkarı Edvard Qriqın fortepiano konserti səslənib. Səfir qeyd edib ki, bu konsert cari il Səfirlik tərəfindən Braziliyada təşkil ediləcək silsilə mədəniyyət tədbirlərinin yanlız başlanğıcıdır. Belə ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, elecə də Braziliya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinə həsr olunacaq bir neçə fərqli repertuar və təqdimatlarda Braziliyanın digər şəhərlərində də tədbirlər keçiriləcək. Konsertə yerli tamaşaçılarla yanaşı Rio-de-Janeyro Ştatı qubernatorluğu, yerli qanunvericilik və icra hakimiyyətinin yüksək vəzifəli nümayəndələri də qatılıblar. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0d/452650377_132:0:1200:801_1920x0_80_0_0_0281259670a1f0d8b0af3c9c9cb67505.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
konsert, heydər əliyev, braziliya
konsert, heydər əliyev, braziliya
Braziliyada Heydər Əliyevə həsr olunan konsert keçirilib
Konsertə yerli tamaşaçılarla yanaşı Rio-de-Janeyro Ştatı qubernatorluğu, yerli qanunvericilik və icra hakimiyyətinin yüksək vəzifəli nümayəndələri də qatılıblar.
BAKI, 13 mart — Sputnik. Mədəniyyət Nazirliyinin və Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə ölkəmizin mədəniyyətinin, onun musiqisinin təbliği çərçivəsində Rio-de-Janeyro şəhərində Latın Amerikasının ən qədimi və tanınmış teatrı olan Teatro Munisipalda maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Səfirliyin yaydığı xəbərə görə, tədbirin açılışında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz, bu ilin "Heydər Əliyev İli" kimi qeyd edildiyini bildirib. O, bu konsertin Azərbaycanın müasir musiqisinə əvəzolunmaz dəstəyini vermiş, onun beynəlxalq ictimaiyyətə yayılması, mədəni irsimizin müasirliyə uyğunlaşdırılması üçün beynəlxalq klassik musiqisinin də Azərbaycan tərəfindən mənimsənilməsinə yardım etmiş, Azərbaycanın musiqiçilik istedadlarına, bu musiqi ənənələrin gələcək nəsillərə ötürülməsi üçün daim dəstək vermiş Ümummilli Lider Heydər Əliyevin şanlı adına həsr edildiyini bəyan edib.
Səfir R.Novruz dinləniləcək bu konsertdə məşhur bəstəkarımız Qara Qarayevin "Leyli və Məcnun" simfonik poemasının ifa ediləcəyini qeyd edib, bəstəkar haqqında məlumat verib. Təntənəli konsert axşamı Q.Qarayevin məhz bu simfonik poeması ilə başlanıb. Həmçinin rus bəstəkarı Sergey Raxmaninovun 2 saylı simfoniyası və Norveç bəstəkarı Edvard Qriqın fortepiano konserti səslənib.
Səfir qeyd edib ki, bu konsert cari il Səfirlik tərəfindən Braziliyada təşkil ediləcək silsilə mədəniyyət tədbirlərinin yanlız başlanğıcıdır. Belə ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, elecə də Braziliya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinə həsr olunacaq bir neçə fərqli repertuar və təqdimatlarda Braziliyanın digər şəhərlərində də tədbirlər keçiriləcək.
Konsertə yerli tamaşaçılarla yanaşı Rio-de-Janeyro Ştatı qubernatorluğu, yerli qanunvericilik və icra hakimiyyətinin yüksək vəzifəli nümayəndələri də qatılıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.