https://sputnik.az/20230313/baytarliq-xidmetlerinin-gosterilmesi-barede-muqavile-numunesi-deyisib-452663386.html
"Baytarlıq xidmətlərinin göstərilməsi barədə müqavilə nümunəsi" dəyişib
"Baytarlıq xidmətlərinin göstərilməsi barədə müqavilə nümunəsi" dəyişib
Sputnik Azərbaycan
Dəyişikliklə bundan sonra baytarlıq xidmətlərinin icraçısından "Elektron kənd təsərrüfatı" informasiya sistemində qeydiyyatdan keçməsi, eləcə də baytarlıq... 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T22:21+0400
2023-03-13T22:21+0400
2023-03-13T22:21+0400
baytarlıq
cəmiyyət
sənəd
xidmət
https://cdnn1.img.sputnik.az/img/41898/15/418981584_0:0:1000:563_1920x0_80_0_0_4e55a76751b45668e02ba107ee000d1a.jpg
BAKI, 13 mart — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası "Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin göstərilməsi barədə müqavilə nümunəsi"nə dəyişiklik edib. Bununla bağlı nazir İnam Kərimov yeni qərar imzalayıb. Dəyişikliklə bundan sonra baytarlıq xidmətlərinin icraçısından "Elektron kənd təsərrüfatı" informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçməsi, eləcə də baytarlıq xidmətlərii ilə bağlı məlumatları EKTİS-ə daxil etməsi tələb olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və İcra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin. Qərarın icrasına nəzarət nazir müavini İlhamə Qədimovaya tapşırılıb. Xatırladaq ki, Nazirlər Kabineti martın 10-da "Baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 13 sentyabr 2006-cı il və "Baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 30 yanvar 2007-ci il tarixli qərarlarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, heyvan xəstəliklərinin qarşısının alınması üzrə həyata keçirilən tədbirlər ölkə prezidentinin 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə uyğun olaraq EKTİS-ə daxil ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41898/15/418981584_115:0:1000:664_1920x0_80_0_0_374d3c4cd42bab9e5760d2225fc6a26e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baytarlıq, sənəd, xidmət
"Baytarlıq xidmətlərinin göstərilməsi barədə müqavilə nümunəsi" dəyişib
Dəyişikliklə bundan sonra baytarlıq xidmətlərinin icraçısından "Elektron kənd təsərrüfatı" informasiya sistemində qeydiyyatdan keçməsi, eləcə də baytarlıq xidmətlərii ilə bağlı məlumatları EKTİS-ə daxil etməsi tələb olunacaq
BAKI, 13 mart — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası "Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin göstərilməsi barədə müqavilə nümunəsi"nə dəyişiklik edib. Bununla bağlı nazir İnam Kərimov yeni qərar imzalayıb.
Dəyişikliklə bundan sonra baytarlıq xidmətlərinin icraçısından "Elektron kənd təsərrüfatı" informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçməsi, eləcə də baytarlıq xidmətlərii ilə bağlı məlumatları EKTİS-ə daxil etməsi tələb olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və İcra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin. Qərarın icrasına nəzarət nazir müavini İlhamə Qədimovaya tapşırılıb.
Xatırladaq ki, Nazirlər Kabineti martın 10-da "Baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 13 sentyabr 2006-cı il və "Baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 30 yanvar 2007-ci il tarixli qərarlarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, heyvan xəstəliklərinin qarşısının alınması üzrə həyata keçirilən tədbirlər ölkə prezidentinin 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə uyğun olaraq EKTİS-ə daxil ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.