Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda 2022-ci ildə neçə iş yeri açılıb

Abunə olmaq
Azərbaycanda yaradılan yeni iş yerlərinin 80%-dən çoxu Bakının payına düşür. Ölkədə neçə iş yerinin və iqtisadiyyatın hansı sektorlarında yaradıldığı barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
2022-ci ilin yekunları üzrə Azərbaycanda 71,3 min yeni iş yeri açılıb ki, bunun da 91,4%-i özəl sektordadır.
Belə ki, onların 80,2%-i Bakı, 0,6%-i Naxçıvan Muxtar Respublikası (MR), 3,3%-i Abşeron-Xızı, 2,6%-i Quba-Xaçmaz, 2,5%-i Şəki-Zaqatala, 2%-i Şirvan-Salyan, 1,7%-i Gəncə-Daşkəsən, 1,3%-i Qarabağ, 1,3%-i Qazax-Tovuz, 1,3%-i Lənkəran-Astara, 1,2%-i Aran, 0,9%-i Mil-Muğan, 0,8%-i Dağlıq Şirvan və 0,3%-i isə Şərqi Zəngəzur iqtisadi rayonlarındadır.
Eyni zamanda, yeni iş yerlərinin 8,8%-i yeni yaradılmış müəssisələrdə, 89,6%-i fəaliyyət göstərən müəssisə və təşkilatlarda, 0,9%-i fəaliyyətini bərpa etmiş müəssisələrdə açılıb. Yeni iş yerlərinin 0,7%-i digər təşkilatların payına düşüb.
Xəbər lenti
0