CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan builki "Avroviziya"da bu mahnı ilə təmsil olunacaq - VİDEO

© Sem van der Wal / ANP / AFPAvroviziya
Avroviziya - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Müsabiqə Böyük Britaniyanın Liverpul şəhərində 9-13 may tarixlərində keçiriləcək.
BAKI, 13 mart - Sputnik. Azərbaycanın builki "Avroviziya" mahnısı təqdim olunub. TuralTuranX duetinin ifa etdiyi "Tell me more" mahnısı “Avroviziya”nın rəsmi "Youtube" səhifəsində yayımlanıb.
Qeyd edək ki, müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.
Bəstənin müəllifləri ifaçıların özləridir. Onlar bunu bir neçə ay əvvəl müsabiqə üçün milli seçim başlayanda yazmışdılar. TuralTuranX dueti Eurovision-un birinci yarımfinalının ikinci hissəsində - mayın 11-də çıxış edəcək.
Qardaşlar Zaqatalada doğulub böyüyüblər. Uşaqlıqdan onlar mahnı oxumağı sevirdilər, tez-tez müxtəlif tədbirlərdə çıxış edirdilər. Hal-hazırda Sumqayıtda Musiqi Kollecində təhsil alırlar. Bütün mahnılarının müəllifi onlar özləridir.
Qeyd edək ki, Avropa Yayım Birliyi təhlükəsizlik səbəbi ilə 2022-ci ildə qalib gələn Ukraynadan “Eurovision 2023”ün Böyük Britaniyaya köçürülməsinə qərar verib.
Bu il yarış mayın 9, 11 və 13-də Liverpulda keçiriləcək. 37 ölkə, o cümlədən Azərbaycan da iştirakını təsdiqləyib. Müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri İctimai Televiziyanın baş direktorunun müavini Vasif Məmmədov seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0