https://sputnik.az/20230313/apple-qulaqliqlari-esitme-cihazina-cevrilecek-452647248.html
"Apple" qulaqlıqları eşitmə cihazına çevriləcək
"Apple" qulaqlıqları eşitmə cihazına çevriləcək
Sputnik Azərbaycan
Mütəxəssislərin fikrincə, simsiz qulaqlıqlar eşitmə qabiliyyətinin itirilməsi diaqnozu qoyulmuş xəstələr üçün tibbi avadanlıqları qismən əvəz edə bilər. 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T22:51+0400
2023-03-13T22:51+0400
2023-03-13T22:51+0400
apple
dünya xəbərləri
qulaqcıq
eşitmə
qüsur
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424869285_0:140:2000:1265_1920x0_80_0_0_6ae90801bee87d21a577344ec0312a29.jpg
BAKI, 13 mart — Sputnik. "Apple" qulaqlıqları eşitmə qabiliyyətini itirmiş insanlar tərəfindən istifadə edilə bilər. Bu barədə "Bloomberg" məlumat yayıb. Agentliyin köşə yazarı Mark Qurmanın sözlərinə görə, Amerika şirkəti özünün "AirPods" seriyalı qulaqlıqlarının imkanlarını genişləndirmək niyyətindədir. Qulaqlıqların eşitmə qabiliyyətini itirmiş insanlar üçün cihazların tələblərinə cavab verməyindən ötrü yenilənməsi planlaşdırılır. Mütəxəssis ehtimal edib ki, "Apple" mühəndisləri həqiqətən "AirPods" qulaqlıqlarını eşitmə cihazına çevirəcəklər. Mark Qurman qeyd edib ki, şirkət növbəti və ya iki il ərzində istehsal etdiyi qulaqlıqlara yeni funksiyalar əlavə edəcək. Materialda qeyd edilir ki, brendin bir çox qurğuları sağlamlıq yönümlü funksiyalara malikdir. Xüsusilə, "AirPods" qulaqlıqlarını eşitmə cihazı kimi istifadə etməyə qismən imkan verən seçimlər var. Müəllif qeyd edib ki, bununla belə, şirkətin cihazları ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən tibbi cihaz kimi sertifikatlaşdırılmayıb. Köşə yazarı bildirib ki, Amerika İT nəhənginin qulaqlıqların tibbi cihaz kimi istifadəsi ilə bağlı bir neçə patenti var. "Apple" qulaqlıqda gizlənmiş, ürək döyüntüsü, həmçinin, bədən temperaturu haqqında məlumat toplayan sensorların istifadəsini xüsusi olaraq təsvir edib. Noyabr ayında beynəlxalq alimlər qrupu "Apple"ın məşhur qulaqlıqlarını sınaqdan keçirib və onları tibbi eşitmə cihazları ilə müqayisə edib. Mütəxəssislərin fikrincə, simsiz qulaqlıqlar eşitmə qabiliyyətinin itirilməsi diaqnozu qoyulmuş xəstələr üçün tibbi avadanlıqları qismən əvəz edə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424869285_225:0:1912:1265_1920x0_80_0_0_17971706a8e4abf5b7f75d0561767dee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
apple, qulaqcıq, eşitmə, qüsur
apple, qulaqcıq, eşitmə, qüsur
"Apple" qulaqlıqları eşitmə cihazına çevriləcək
Mütəxəssislərin fikrincə, simsiz qulaqlıqlar eşitmə qabiliyyətinin itirilməsi diaqnozu qoyulmuş xəstələr üçün tibbi avadanlıqları qismən əvəz edə bilər.
BAKI, 13 mart — Sputnik. "Apple" qulaqlıqları eşitmə qabiliyyətini itirmiş insanlar tərəfindən istifadə edilə bilər. Bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin köşə yazarı Mark Qurmanın sözlərinə görə, Amerika şirkəti özünün "AirPods" seriyalı qulaqlıqlarının imkanlarını genişləndirmək niyyətindədir. Qulaqlıqların eşitmə qabiliyyətini itirmiş insanlar üçün cihazların tələblərinə cavab verməyindən ötrü yenilənməsi planlaşdırılır. Mütəxəssis ehtimal edib ki, "Apple" mühəndisləri həqiqətən "AirPods" qulaqlıqlarını eşitmə cihazına çevirəcəklər.
Mark Qurman qeyd edib ki, şirkət növbəti və ya iki il ərzində istehsal etdiyi qulaqlıqlara yeni funksiyalar əlavə edəcək. Materialda qeyd edilir ki, brendin bir çox qurğuları sağlamlıq yönümlü funksiyalara malikdir. Xüsusilə, "AirPods" qulaqlıqlarını eşitmə cihazı kimi istifadə etməyə qismən imkan verən seçimlər var. Müəllif qeyd edib ki, bununla belə, şirkətin cihazları ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən tibbi cihaz kimi sertifikatlaşdırılmayıb.
Köşə yazarı bildirib ki, Amerika İT nəhənginin qulaqlıqların tibbi cihaz kimi istifadəsi ilə bağlı bir neçə patenti var. "Apple" qulaqlıqda gizlənmiş, ürək döyüntüsü, həmçinin, bədən temperaturu haqqında məlumat toplayan sensorların istifadəsini xüsusi olaraq təsvir edib.
Noyabr ayında beynəlxalq alimlər qrupu "Apple"ın məşhur qulaqlıqlarını sınaqdan keçirib və onları tibbi eşitmə cihazları ilə müqayisə edib. Mütəxəssislərin fikrincə, simsiz qulaqlıqlar eşitmə qabiliyyətinin itirilməsi diaqnozu qoyulmuş xəstələr üçün tibbi avadanlıqları qismən əvəz edə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.