https://sputnik.az/20230313/agstafada-narkotik-satan-sexsler-tutulub-452635692.html
Ağstafada narkotik satan şəxslər tutulub
Ağstafada narkotik satan şəxslər tutulub
Sputnik Azərbaycan
Polis şöbəsində saxlanılan şəxsin üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan heroin, yaşadığı evdən isə marixuana aşkar edilərək götürülüb. 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T10:46+0400
2023-03-13T10:46+0400
2023-03-13T10:46+0400
narkotik
cəmiyyət
ağstafa rayonu
ağdaş rayonu
https://cdnn1.img.sputnik.az/img/41454/84/414548431_0:0:2001:1125_1920x0_80_0_0_e17f625770bd29709bf56dabba7af5fb.jpg
BAKI, 13 mart — Sputnik. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Ağdaş rayon sakini Elşən Şirinov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. E. Şirinovun sərnişin qismində əyləşdiyi avtomobilə baxış keçirilən zaman qara rəngli çantadan 1 kq 120 qram narkotik maddə olan heroin və 2 kq-dan artıq olan marixuana aşkar edilərək götürülüb. Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkoik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan heroin, yaşadığı evdən isə marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ağdaş rayonu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41454/84/414548431_14:0:1793:1334_1920x0_80_0_0_89b93e894bd325a987a636f4c55c8c20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, ağstafa rayonu, ağdaş rayonu
narkotik, ağstafa rayonu, ağdaş rayonu
Ağstafada narkotik satan şəxslər tutulub
Polis şöbəsində saxlanılan şəxsin üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan heroin, yaşadığı evdən isə marixuana aşkar edilərək götürülüb.
BAKI, 13 mart — Sputnik. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Ağdaş rayon sakini Elşən Şirinov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. E. Şirinovun sərnişin qismində əyləşdiyi avtomobilə baxış keçirilən zaman qara rəngli çantadan 1 kq 120 qram narkotik maddə olan heroin və 2 kq-dan artıq olan marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkoik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan heroin, yaşadığı evdən isə marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.