https://sputnik.az/20230312/sahibe-qafarova-ermenistan-parlamenti-spikerinin-yalan-iddialarini-ifsa-edib-452627138.html
Sahibə Qafarova Ermənistan parlamenti spikerinin yalan iddialarını ifşa edib
Sahibə Qafarova Ermənistan parlamenti spikerinin yalan iddialarını ifşa edib
Sputnik Azərbaycan
Milli Məclisin sədri diqqətə çatdırıb ki, multikulturalizm xalqımız üçün bir həyat tərzidir, eyni zamanda bu, dövlət siyasətidir. 12.03.2023, Sputnik Azərbaycan
2023-03-12T22:56+0400
2023-03-12T22:56+0400
2023-03-12T22:56+0400
azərbaycan xəbərləri
sahibə qafarova
yalan
ifşa
ermənistan parlamenti
spiker
parlamentin spikeri
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452288140_0:83:1600:983_1920x0_80_0_0_afb3aa21987d9e9d58cf1b984610d1c2.jpg
BAKI, 12 mart - Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında Ermənistan parlamenti spikerinin Laçın yolunun guya “blokada” olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında “Dinc birgəyaşayışın və inklüziv cəmiyyətlərin təşviqi: dözümsüzlüklə mübarizə” mövzusunda çıxış edib.Tədbir iştirakçılarını salamlayan Azərbaycan parlamentinin spikeri müasir qlobal çağırışlar kontekstində Assambleyada müzakirə olunan mövzunun müstəsna əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, dünyamız qarşılıqlı əlaqəli və mürəkkəb olduğundan, dinc birgəyaşayış və inklüziv cəmiyyətlər məsələsi sadəcə daxili sosial proses kimi qəbul edilə bilməz. Bu məsələ çoxdan bu mahiyyəti aşaraq bütün dünya üçün əhəmiyyətli bir amilə çevrilib. Vurğulanıb ki, bu həm də dünyada daha dayanıqlı sülhə, ədalətə, sabitliyə və davamlı inkişafa olan ümidlərimizlə sıx bağlıdır.Sahibə Qafarova bu gün dünyada radikalizmin, ksenofobiyanın, irqçiliyin, islamofobiyanın, ayrı-seçkiliyin və nifrətin artmasını keçmişdə multikulturalizm ideyalarının qəbul edilməməsi və bəzi siyasi liderlərin onu uğursuzluq kimi qələmə verməsi ilə əlaqələndirib və dünyanın daha bölünmüş, dözümsüz və qeyri-sabit hala gəlməsinin onların səhv etməsinin daha bir sübutu olduğunu deyib.Milli Məclisin sədri dözümsüzlüyün aradan qaldırılması, dinc birgəyaşayışa və inklüziv cəmiyyətlərə nail olunması yolları ilə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, hər şeydən əvvəl, müxtəlifliyi ziddiyyət kimi deyil, zənginlik kimi qəbul etmək, heç bir ayrı-seçkilik etmədən hamıya bərabər hüquqlar və bərabər imkanlar vermək lazımdır. Vurğulanıb ki, müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələri arasında dialoq təşviq edilməlidir. Bunlar demokratik, ədalətli və dinc cəmiyyətlərin qurulması üçün əsas ilkin şərtlərdir.Spiker Sahibə Qafarova dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun, multikulturalizmin mərkəzlərindən biri kimi qəbul edilən Azərbaycanın təcrübəsindən söz açıb. Bu nailiyyətin təməlində dayanan amilləri diqqətə çatdıran spiker qeyd edib ki, cəmiyyətimiz əsrlər boyu formalaşmış mənəvi dəyərləri rəhbər tutur. Cənubi Qafqaz regionunda Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın bir-birinə hörmət, dostluq və sülh şəraitində birgə yaşayan müxtəlif etnik və dini qrupların ümumi evi olduğunu bildirən Sahibə Qafarova vurğulayıb ki, mədəni müxtəliflik bizim zəifliyimiz deyil, gücümüzdür. Azərbaycanda müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar yan-yana sıralanıb.Diqqətə çatdırılıb ki, multikulturalizm xalqımız üçün bir həyat tərzidir, eyni zamanda bu, dövlət siyasətidir. Hökumətimiz bu dəyərləri qorumaq və daha da inkişaf etdirməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin himayəsi altında multikulturalizmi, tolerantlığı və dinlərarası dialoqu təşviq edən çoxsaylı beynəlxalq tədbirlər təşkil edir.Hazırda qaçqın və məcburi köçkün probleminin ən əsas və ən çox narahatlıq doğuran məsələlərdən biri olduğunu vurğulayan Milli Məclisin spikeri bu məsələnin bir çox hallarda sülh və təhlükəsizliyin pozulması ilə əlaqəli olduğunu qeyd edib. Beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin öz qonşusu Ermənistan tərəfindən 30 il əvvəl işğal edilməsi ilə Azərbaycan bunun bilavasitə şahidi olub. Diqqətə çatdırılıb ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub. Sahibə Qafarova bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində olduğu kimi, əsrlər boyu indiki Ermənistanda yaşamış Qərbi azərbaycanlılara məxsus bütün tarixi və dini abidələri də məhv edib. Spiker bütün bunları monoetnik Ermənistan dövləti tərəfindən dözümsüzlük və nifrətin açıq nümayişi kimi dəyərləndirib.Azərbaycan parlamentinin rəhbəri bildirib ki, işğal illərinin acı nəticələrinə baxmayaraq, 2020-ci ildə ərazilərinin işğaldan azad edilməsindən dərhal sonra, məhz Azərbaycan sülh gündəliyi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təşəbbüsü ilə çıxış edib. O, diqqətə çatdırıb ki, bu gündəm beynəlxalq hüququn 5 prinsipinə əsaslanır. Buna baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyəti yalan məlumatlarla çaşdırmaqla yanaşı, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və Azərbaycan ərazisinə qanunsuz şəkildə silah-sursatın, minaların daşınmasını, şəxsi heyətin rotasiyasını davam etdirir.Özündən əvvəl çıxış etmiş Ermənistan parlamenti spikerinin səsləndirdiyi fikirlərə toxunan Sahibə Qafarova bu fikirləri Ermənistanın həyata keçirdiyi saxtakarlığın və təhrifin növbəti təzahürü kimi qiymətləndirib.Milli Məclisin spikeri Assambleyada müzakirəyə çıxarılmış dinc birgəyaşayış və inklüziv cəmiyyətlər kimi mühüm mövzuyla bağlı dünyanın öz təcavüzkar, ayrı-seçkiliyə və dözümsüzlüyə köklənmiş siyasəti ilə tanınan ən monoetnik ölkələrindən birinin nümayəndəsinin çıxış etməsindən təəssüfləndiyini diqqətə çatdırıb.Erməni spikerin öz ölkəsində yaşayan milli azlıqları və guya onlara verilmiş hüquqları sadaladığını vurğulayan Sahibə Qafarova azərbaycanlıların əsrlər boyu məskunlaşdıqları indiki Ermənistandan bir neçə mərhələdə zorla qovulmasını, 1980-ci illərin sonunda baş vermiş sonuncu mərhələnin 300 mindən çox azərbaycanlının qovulması ilə nəticələndiyini qeyd etməməsinin təəccüb doğurduğunu bildirib.İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun olduğunu deyən spiker bu hüququn Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq aktlarda təsbit edildiyini vurğulayıb. Ermənistan həmin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına şərait yaratmalı və qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməlidir.Ermənistan nümayəndəsinin utanmadan ölkəsinin heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı haqda fikir bildirməsinə toxunan Sahibə Qafarova Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxladığını bir daha xatırladıb. Digər tərəfdən, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatı pozaraq, öz silahlı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxlamağa davam edir.Milli Məclisin sədri qeyd edib ki, erməni nümayəndə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin sayı ilə bağlı məqsədyönlü şəkildə yalan və uydurma rəqəmləri səsləndirməkdən çəkinməyib. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanın 25 minə yaxın erməni əsilli vətəndaşının hamısı digər vətəndaşlarımızla bərabər hüquqlardan istifadə edəcək. Azərbaycanın yaxşı tanınan multikultural və tolerant siyasəti və ənənələri buna əmin olmağa imkan verir.Ermənistan parlamenti spikerinin Laçın yolunun guya “blokada” olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Laçın yolu bütün mülki və humanitar nəqliyyat vasitələrinin maneəsiz keçidi üçün açıqdır və bu fakt ərazidə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunur.Sahibə Qafarova Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini, eyni zamanda, öz vətəndaşlarının hüquqlarının həyata keçirilməsini və legitim tələblərinin yerinə yetirilməsini təmin etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.Qeyd edək ki, Milli Məclisin sədri bu gün, həmçinin Assambleya çərçivəsində keçirilən İdarəetmə Şurasının iclasında da iştirak və çıxış edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452288140_90:0:1511:1066_1920x0_80_0_0_0e60998eea46841d5268a9c17c4ca0fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibə qafarova, yalan, ifşa, ermənistan parlamenti, spiker, parlamentin spikeri
sahibə qafarova, yalan, ifşa, ermənistan parlamenti, spiker, parlamentin spikeri
Sahibə Qafarova Ermənistan parlamenti spikerinin yalan iddialarını ifşa edib
Milli Məclisin sədri diqqətə çatdırıb ki, multikulturalizm xalqımız üçün bir həyat tərzidir, eyni zamanda bu, dövlət siyasətidir.
BAKI, 12 mart - Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında Ermənistan parlamenti spikerinin Laçın yolunun guya “blokada” olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında “Dinc birgəyaşayışın və inklüziv cəmiyyətlərin təşviqi: dözümsüzlüklə mübarizə” mövzusunda çıxış edib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan parlamentinin spikeri müasir qlobal çağırışlar kontekstində Assambleyada müzakirə olunan mövzunun müstəsna əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, dünyamız qarşılıqlı əlaqəli və mürəkkəb olduğundan, dinc birgəyaşayış və inklüziv cəmiyyətlər məsələsi sadəcə daxili sosial proses kimi qəbul edilə bilməz. Bu məsələ çoxdan bu mahiyyəti aşaraq bütün dünya üçün əhəmiyyətli bir amilə çevrilib. Vurğulanıb ki, bu həm də dünyada daha dayanıqlı sülhə, ədalətə, sabitliyə və davamlı inkişafa olan ümidlərimizlə sıx bağlıdır.
Sahibə Qafarova bu gün dünyada radikalizmin, ksenofobiyanın, irqçiliyin, islamofobiyanın, ayrı-seçkiliyin və nifrətin artmasını keçmişdə multikulturalizm ideyalarının qəbul edilməməsi və bəzi siyasi liderlərin onu uğursuzluq kimi qələmə verməsi ilə əlaqələndirib və dünyanın daha bölünmüş, dözümsüz və qeyri-sabit hala gəlməsinin onların səhv etməsinin daha bir sübutu olduğunu deyib.
Milli Məclisin sədri dözümsüzlüyün aradan qaldırılması, dinc birgəyaşayışa və inklüziv cəmiyyətlərə nail olunması yolları ilə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, hər şeydən əvvəl, müxtəlifliyi ziddiyyət kimi deyil, zənginlik kimi qəbul etmək, heç bir ayrı-seçkilik etmədən hamıya bərabər hüquqlar və bərabər imkanlar vermək lazımdır. Vurğulanıb ki, müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələri arasında dialoq təşviq edilməlidir. Bunlar demokratik, ədalətli və dinc cəmiyyətlərin qurulması üçün əsas ilkin şərtlərdir.
Spiker Sahibə Qafarova dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun, multikulturalizmin mərkəzlərindən biri kimi qəbul edilən Azərbaycanın təcrübəsindən söz açıb. Bu nailiyyətin təməlində dayanan amilləri diqqətə çatdıran spiker qeyd edib ki, cəmiyyətimiz əsrlər boyu formalaşmış mənəvi dəyərləri rəhbər tutur. Cənubi Qafqaz regionunda Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın bir-birinə hörmət, dostluq və sülh şəraitində birgə yaşayan müxtəlif etnik və dini qrupların ümumi evi olduğunu bildirən Sahibə Qafarova vurğulayıb ki, mədəni müxtəliflik bizim zəifliyimiz deyil, gücümüzdür. Azərbaycanda müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar yan-yana sıralanıb.
Diqqətə çatdırılıb ki, multikulturalizm xalqımız üçün bir həyat tərzidir, eyni zamanda bu, dövlət siyasətidir. Hökumətimiz bu dəyərləri qorumaq və daha da inkişaf etdirməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin himayəsi altında multikulturalizmi, tolerantlığı və dinlərarası dialoqu təşviq edən çoxsaylı beynəlxalq tədbirlər təşkil edir.
Hazırda qaçqın və məcburi köçkün probleminin ən əsas və ən çox narahatlıq doğuran məsələlərdən biri olduğunu vurğulayan Milli Məclisin spikeri bu məsələnin bir çox hallarda sülh və təhlükəsizliyin pozulması ilə əlaqəli olduğunu qeyd edib. Beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin öz qonşusu Ermənistan tərəfindən 30 il əvvəl işğal edilməsi ilə Azərbaycan bunun bilavasitə şahidi olub. Diqqətə çatdırılıb ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub. Sahibə Qafarova bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində olduğu kimi, əsrlər boyu indiki Ermənistanda yaşamış Qərbi azərbaycanlılara məxsus bütün tarixi və dini abidələri də məhv edib. Spiker bütün bunları monoetnik Ermənistan dövləti tərəfindən dözümsüzlük və nifrətin açıq nümayişi kimi dəyərləndirib.
Azərbaycan parlamentinin rəhbəri bildirib ki, işğal illərinin acı nəticələrinə baxmayaraq, 2020-ci ildə ərazilərinin işğaldan azad edilməsindən dərhal sonra, məhz Azərbaycan sülh gündəliyi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təşəbbüsü ilə çıxış edib. O, diqqətə çatdırıb ki, bu gündəm beynəlxalq hüququn 5 prinsipinə əsaslanır. Buna baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyəti yalan məlumatlarla çaşdırmaqla yanaşı, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və Azərbaycan ərazisinə qanunsuz şəkildə silah-sursatın, minaların daşınmasını, şəxsi heyətin rotasiyasını davam etdirir.
Özündən əvvəl çıxış etmiş Ermənistan parlamenti spikerinin səsləndirdiyi fikirlərə toxunan Sahibə Qafarova bu fikirləri Ermənistanın həyata keçirdiyi saxtakarlığın və təhrifin növbəti təzahürü kimi qiymətləndirib.
Milli Məclisin spikeri Assambleyada müzakirəyə çıxarılmış dinc birgəyaşayış və inklüziv cəmiyyətlər kimi mühüm mövzuyla bağlı dünyanın öz təcavüzkar, ayrı-seçkiliyə və dözümsüzlüyə köklənmiş siyasəti ilə tanınan ən monoetnik ölkələrindən birinin nümayəndəsinin çıxış etməsindən təəssüfləndiyini diqqətə çatdırıb.
Erməni spikerin öz ölkəsində yaşayan milli azlıqları və guya onlara verilmiş hüquqları sadaladığını vurğulayan Sahibə Qafarova azərbaycanlıların əsrlər boyu məskunlaşdıqları indiki Ermənistandan bir neçə mərhələdə zorla qovulmasını, 1980-ci illərin sonunda baş vermiş sonuncu mərhələnin 300 mindən çox azərbaycanlının qovulması ilə nəticələndiyini qeyd etməməsinin təəccüb doğurduğunu bildirib.
İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun olduğunu deyən spiker bu hüququn Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq aktlarda təsbit edildiyini vurğulayıb. Ermənistan həmin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına şərait yaratmalı və qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməlidir.
Ermənistan nümayəndəsinin utanmadan ölkəsinin heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı haqda fikir bildirməsinə toxunan Sahibə Qafarova Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxladığını bir daha xatırladıb. Digər tərəfdən, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatı pozaraq, öz silahlı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxlamağa davam edir.
Milli Məclisin sədri qeyd edib ki, erməni nümayəndə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin sayı ilə bağlı məqsədyönlü şəkildə yalan və uydurma rəqəmləri səsləndirməkdən çəkinməyib. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanın 25 minə yaxın erməni əsilli vətəndaşının hamısı digər vətəndaşlarımızla bərabər hüquqlardan istifadə edəcək. Azərbaycanın yaxşı tanınan multikultural və tolerant siyasəti və ənənələri buna əmin olmağa imkan verir.
Ermənistan parlamenti spikerinin Laçın yolunun guya “blokada” olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Laçın yolu bütün mülki və humanitar nəqliyyat vasitələrinin maneəsiz keçidi üçün açıqdır və bu fakt ərazidə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunur.
Sahibə Qafarova Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini, eyni zamanda, öz vətəndaşlarının hüquqlarının həyata keçirilməsini və legitim tələblərinin yerinə yetirilməsini təmin etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin sədri bu gün, həmçinin Assambleya çərçivəsində keçirilən İdarəetmə Şurasının iclasında da iştirak və çıxış edib.