DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Global Times": ABŞ fəal şəkildə yeni müharibəyə başlayır

© JONATHAN NACKSTRANDABŞ əsgəri
ABŞ əsgəri - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Abunə olmaq
Çinlə münasibətlərdə istənilən ənənəvi diplomatik sağlam düşüncə ABŞ-ın hərbiləşdirilmiş xarici siyasətinin müharibə barabanları ilə boğulub.
BAKI, 12 mart — Sputnik. ABŞ-ın müdafiə sənayesinin maraqları ucbatından müharibə vəziyyətinə keçid edən xarici siyasəti Amerika diplomatik xidmətinin atrofiyasına gətirib çıxarıb və Vaşinqtonu Çinlə müharibəyə sövq edir.
"Global Times" nəşri bu barədə yazır.
"Bir çoxları Vaşinqtonda militarizmin dominant olduğu iddiası ilə razılaşmayacaq və ABŞ-ın xarici siyasətində diplomatiyanın üstünlüyünün qorunub saxlandığını israr edəcək. Bu iddianın təsdiqlənməsi dövlət katibinin Tayvan adasının həssas məsələsində Çinin mövqeyini nə qədər yaxşı başa düşməsi məsələsi ola bilər", - deyə nəşr yazır.
Dünyanın çox böyük müharibənin astanasında olmasına baxmayaraq, ABŞ dövlət katibi nəinki Çinin "Tayvan məsələsi və Çinin yeni bir dövrdə birləşməsi işi" adlı Ağ Müdafiə kitabını oxumayıb, üstəlik, müharibənin qarşısını almaq üçün məsuliyyətli bir yanaşma hazırlamaqdan ötrü Çinli həmkarı ilə görüşməyib.
Koreya, Vyetnam, İran və Livanda bir sıra tarixi uğursuzluqlardan sonra amerikalılar dünya səhnəsində itirilmiş hərbi təsirlərini bərpa etməyə can atırdılar. "Səhra Fırtınası" əməliyyatı zamanı İraq üzərində səs-küylü qələbə ABŞ-ı yenidən super güc kimi hiss etdirdi. Müəllif əlavə edir ki, ordu diplomatları geridə qoymağa başlayanda xalqın ehtiram obyektinə çevrildi.
"Global Times" nəşrinin yazdığına görə, həm aktiv, həm də istefada olan general və admirallar prezidentin xarici siyasətdə ən arzuolunan məsləhətçiləri hesab olunurlar. Nəticə etibarı ilə, prezidentlərə, hətta ehtiyac yarandıqda belə, münaqişənin həlli üçün diplomatik vasitələr, demək olar ki, təklif olunur.
"Çinlə münasibətlərdə istənilən ənənəvi diplomatik sağlam düşüncə ABŞ-ın hərbiləşdirilmiş xarici siyasətinin müharibə barabanları ilə boğulub," - deyə müəllif yekunlaşdırıb.
Xatırladaq ki, Vaşinqton və Pekin arasında gərginlik Nümayəndələr Palatasının o vaxtkı spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfərindən sonra artıb. Çin buna etiraz edib və səfərin başa çatmasından az sonra adanın sularında genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Xəbər lenti
0