Gələcəyin texnologiyası: Bakıda elektromobil sərgisi - Fotolent
Gələcəyin texnologiyası: Bakıda elektromobil sərgisi - Fotolent
Sputnik Azərbaycan
Avtoşousun təşkilatçıları ölkədə elektromobilləri populyarlaşdırmaq məqsədi daşıyır və Azərbaycan cəmiyyətinin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək... 12.03.2023, Sputnik Azərbaycan
Bazar günü Azərbaycanın paytaxtında elektromobillərin sərgisi açılıb.“Auto Eco 2023” adlı avtosalon Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə keçirilən sərginin məqsədi ölkədə elektromobillərin populyarlaşdırılması, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək və gənclər arasında müasir texnologiyalara marağı artırmaqdır.Tamaşaçılar üçün əyləncəli şoular da təşkil olunacaq. Ziyarətçilər arasında xüsusi təşkil olunmuş ərazidə “Need for Speed” kiberoyunu üzrə hədiyyələrin tirajı keçiriləcək. Bundan əlavə, qonaqlar müxtəlif avtomobil yarışlarında iştirak edə bilərlər.
Avtoşousun təşkilatçıları ölkədə elektromobilləri populyarlaşdırmaq məqsədi daşıyır və Azərbaycan cəmiyyətinin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək niyyətindədir.
Bazar günü Azərbaycanın paytaxtında elektromobillərin sərgisi açılıb.
“Auto Eco 2023” adlı avtosalon Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə keçirilən sərginin məqsədi ölkədə elektromobillərin populyarlaşdırılması, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək və gənclər arasında müasir texnologiyalara marağı artırmaqdır.
Tamaşaçılar üçün əyləncəli şoular da təşkil olunacaq. Ziyarətçilər arasında xüsusi təşkil olunmuş ərazidə “Need for Speed” kiberoyunu üzrə hədiyyələrin tirajı keçiriləcək. Bundan əlavə, qonaqlar müxtəlif avtomobil yarışlarında iştirak edə bilərlər.