Tətil nəticəsində “SNCF” milli şirkətinin qatarlarının hərəkəti pozulub, Paris Orli hava limanında uçuşların təxminən 20%-i təxirə salınıb. Ölkə üzrə 230 etiraz aksiyası təşkil edilib.Paris şəhərində polis pensiya əleyhinə nümayişlərdə iştirak etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Yürüş iştirakçılarının qarşısı Bastiliya meydanında dayandırılıb.Pensiya islahatlarına dair qanuna əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.
Martın 11-də bütün Fransada pensiya islahatı layihəsinə qarşı ümummilli tətil keçirilib.
Tətil nəticəsində “SNCF” milli şirkətinin qatarlarının hərəkəti pozulub, Paris Orli hava limanında uçuşların təxminən 20%-i təxirə salınıb. Ölkə üzrə 230 etiraz aksiyası təşkil edilib.
Paris şəhərində polis pensiya əleyhinə nümayişlərdə iştirak etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Yürüş iştirakçılarının qarşısı Bastiliya meydanında dayandırılıb.
Pensiya islahatlarına dair qanuna əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.
Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.