https://sputnik.az/20230312/fransa-senati-ehalinin-etirazlarina-baxmayaraq-pensiya-islahatini-tesdiqleyib-452600417.html
Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, pensiya islahatını təsdiqləyib
Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, pensiya islahatını təsdiqləyib
Sputnik Azərbaycan
Bunu Fransanın baş naziri Elizabet Born tviterdə yazıb. 12.03.2023, Sputnik Azərbaycan
2023-03-12T07:36+0400
2023-03-12T07:36+0400
2023-03-12T08:41+0400
dünya xəbərləri
fransa senatının qərarı
fransa
pensiya
islahat
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1a/425571574_0:159:3077:1890_1920x0_80_0_0_f817e9b7e42b7c8e9e4c7d8477ac27d8.jpg
BAKI, 12 mart - Sputnik. Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib."Report" xəbər verir ki, bunu Fransanın baş naziri Elizabet Born tviterdə yazıb.“Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatlarına dair qanunun mətnini qəbul edib. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlara doğru qəti addım. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq”, - Born bildirib.Qeyd edək ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir.Pensiya islahatlarına dair qanuna əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1a/425571574_173:0:2904:2048_1920x0_80_0_0_9420d9cb63201de269490f9fc7ecab85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa senatının qərarı, fransa, pensiya, islahat
fransa senatının qərarı, fransa, pensiya, islahat
Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, pensiya islahatını təsdiqləyib
07:36 12.03.2023 (Yenilənib: 08:41 12.03.2023) Bunu Fransanın baş naziri Elizabet Born tviterdə yazıb.
BAKI, 12 mart - Sputnik. Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.
"Report" xəbər verir ki, bunu Fransanın baş naziri Elizabet Born tviterdə yazıb.
“Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatlarına dair qanunun mətnini qəbul edib. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlara doğru qəti addım. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq”, - Born bildirib.
Qeyd edək ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir.
Pensiya islahatlarına dair qanuna əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.