DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Amerikalı siyasətçi Ağ Evin əsas məqsədini açıqlayıb

© AFP 2024 / STEFANI REYNOLDSAğ Ev, arxiv şəkli
Ağ Ev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Abunə olmaq
Amerikalı siyasi xadim ölkə rəhbərliyini sərt tənqid edib.
BAKI, 12 mart - Sputnik. Amerikalı demokrat siyasətçi, Kentukki qubernatorluğuna namizəd Cefri Yanq Twitter-də yazıb ki, Birləşmiş Ştatların əsas məqsədi dünya hökmranlığını sərt şəkildə saxlamaq olub və belədir.
“Təxminən 1943-cü ildən bəri ABŞ-ın bütün xarici siyasəti Vaşinqtonun və onun hərbi, sənaye, enerji və dollar komplekslərinin hökmranlığına təhlükə yarada biləcək hər hansı ittifaqların qarşısını almağa yönəlib”, - deyə siyasətçi bildirib.
Bu, onun Amerika hakimiyyətinə verdiyi ilk sərt bəyanat deyil. Belə ki, Yanvarın 14-də Yanq Baydeni Ukrayna, Yəmən, Suriya, İraq və digər ölkələrdə hərbi cinayətlərə, habelə Rusiyaya qarşı vəkil müharibəni davam etdirdiyinə görə dərhal impiçmentə çağırıb. Onun fikrincə, 1945-ci ildən bəri istisnasız olaraq bütün Amerika prezidentləri hərbi cinayətkar oldular. Bundan əlavə, Yanq Ağ Evi Kiyevi dəstəklədiyinə və onu silahla təmin etdiyinə görə tənqid edib.
Daha əvvəl Amerika İdeyaları İnstitutunun direktorlar şurasının üzvü Corc O'Nil deyib ki, Ukrayna münaqişəsi səbəbindən ABŞ-ın "birqütblü hegemonluğu" dağılır.
Xəbər lenti
0