https://sputnik.az/20230311/xezerle-kurun-suyu-niye-azalir-452559629.html
Xəzərlə Kürün suyu niyə azalır?
Xəzərlə Kürün suyu niyə azalır?
Sputnik Azərbaycan
Alimin sözlərinə görə, Xəzər regionunda qlobal istiləşmə səbəbindən suyun həcmi azalır. 11.03.2023, Sputnik Azərbaycan
2023-03-11T09:29+0400
2023-03-11T09:29+0400
2023-03-11T09:29+0400
kür
cəmiyyət
xəzər
suyun səviyyəsi
yağıntı
azərbaycan
türkiyə
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330118_0:0:3071:1728_1920x0_80_0_0_e1a71ba646b42355a9e2fac41cf75162.jpg
BAKI, 11 mart — Sputnik. İki gün əvvəl Xəzərin Sumqayıt sahilində dənizin geri çəkilməsini əks etdirən görüntülər yayılıb. Həmin görüntülər sosial platformada narahatlığa səbəb olub. Qeyd edək ki, Xəzərin səviyyəsinin enməsi dünən X Qlobal Bakı Forumunda da müzakirəyə çıxarılıb. Belə ki, Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində "Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi" mövzusunda keçirilən panel iclasda çıxışı zamanı yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr azalacağının gözlənildiyini dilə gətirib. Onun sözlərinə görə, bu da Xəzər ətrafındakı 5 ölkə üçün təhlükədir. Sputnik Azərbaycan Xəzər dənizinin səviyyəsinin yay gəlməmiş azalmasının səbəblərini araşdırıb.AMEA Coğrafiya İnstitutunun "Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası" şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər yağıntıların və qlobal isitləşmə nəticəsində Xəzərin hövzəsinə tökülən suyun həcmi azalır. Onun sözlərinə görə, Xəzər regionunda qlobal istiləşmə gedir. Ə.Əliyev onu da qeyd edib ki, dənizdən gedən su deyəndə buxarlanma nəzərdə tutulur:"Buxarlanan su ilə gələn su səviyyəsi arasında fərq var. Gələn su çoxdursa, dənizin səviyyəsi qalxır, buxarlanma çoxdursa, səviyyə düşür. Hazırda Xəzərdə suyun səviyyəsinin enmə dövrüdür". Professor bildirib ki, tarixi faktlara görə, 250 ilə qədər Xəzərdə səviyyə qalxır, 250 ildən sonra isə düşməyə başlayır.Həmsöhbətimiz qeyd edib ki, Xəzər dənizində sonuncu dəfə ən yüksək dövr 1805-1806-cı illərdə müşahidə edilib. Professor bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin belə düşməsi Azərbaycan ərazisindəki balıqçılığa, xüsusilə də gəmilərə, neft-qazçıxarma işlərinə ciddi ziyan vuracaq.Onun sözlərinə görə, balıqların yaşama arealları pozulacaq, gəmilərin platformalara yaxınlaşması və fəaliyyətində bir çox çətinliklər yaranacaq. Son günlər Kür çayında da quruma müşahidə olunurƏ.Əliyev məsələ ilə bağlı bildirib ki, Kür çayında suyun səviyyəsinin xeyli azalmasının səbəbi çaylarda suyun səviyyəsinin azalmasıdır:Məlumat üçün bildirək ki, bu günlərdə yayılan xəbərlərə görə, Kür çayı sularının böyük bir hissəsi üzərində tikiləcək Beşikkaya SES bəndi vasitəsilə Çoruh çayına, oradan da Qara dənizə axıdılacaq.Bu barədə Ərdahandan olan millət vəkili Orhan Atalayın açıqlamasına görə, Beşikkaya bəndinin ilk bloku 2023-cü il investisiya proqramına daxil edilib. Türkiyə və Gürcüstan ərazilərindən keçən Kür çayının böyük bir hissəsi Azərbaycanda yerləşir.Son günlərdə Kür çayı demək olar tamamilə quruyub. Kür çayı sularının böyük bir hissəsi üzərində tikiləcək Beşikkaya SES bəndindən sonra Kür çayının suyunun tamamilə quruyacağı barədə həyəcanlı məlumatlar yayılır. Ə.Əmirov isə bunun Kürə təsirinin o qədər də çox olmayacağı qənaətindədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330118_198:0:2929:2048_1920x0_80_0_0_41584e5ee71205593731974817540b34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
kür, xəzər, suyun səviyyəsi, yağıntı, azərbaycan, türkiyə
kür, xəzər, suyun səviyyəsi, yağıntı, azərbaycan, türkiyə
Xəzərlə Kürün suyu niyə azalır?
Alimin sözlərinə görə, Xəzər regionunda qlobal istiləşmə səbəbindən suyun həcmi azalır.
BAKI, 11 mart — Sputnik. İki gün əvvəl Xəzərin Sumqayıt sahilində dənizin geri çəkilməsini əks etdirən görüntülər yayılıb. Həmin görüntülər sosial platformada narahatlığa səbəb olub.
Qeyd edək ki, Xəzərin səviyyəsinin enməsi dünən X Qlobal Bakı Forumunda da müzakirəyə çıxarılıb. Belə ki, Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində "Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi" mövzusunda keçirilən panel iclasda çıxışı zamanı yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr azalacağının gözlənildiyini dilə gətirib. Onun sözlərinə görə, bu da Xəzər ətrafındakı 5 ölkə üçün təhlükədir.
Sputnik Azərbaycan Xəzər dənizinin səviyyəsinin yay gəlməmiş azalmasının səbəblərini araşdırıb.
AMEA Coğrafiya İnstitutunun "Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası" şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər yağıntıların və qlobal isitləşmə nəticəsində Xəzərin hövzəsinə tökülən suyun həcmi azalır. Onun sözlərinə görə, Xəzər regionunda qlobal istiləşmə gedir.
"Su balansı dəyişib. Xəzərə gələn su gedən sudan azdır", - deyə professor bildirib.
Ə.Əliyev onu da qeyd edib ki, dənizdən gedən su deyəndə buxarlanma nəzərdə tutulur:
"Buxarlanan su ilə gələn su səviyyəsi arasında fərq var. Gələn su çoxdursa, dənizin səviyyəsi qalxır, buxarlanma çoxdursa, səviyyə düşür. Hazırda Xəzərdə suyun səviyyəsinin enmə dövrüdür".
Professor bildirib ki, tarixi faktlara görə, 250 ilə qədər Xəzərdə səviyyə qalxır, 250 ildən sonra isə düşməyə başlayır.
Həmsöhbətimiz qeyd edib ki, Xəzər dənizində sonuncu dəfə ən yüksək dövr 1805-1806-cı illərdə müşahidə edilib.
"Xəzərdə suyun səviyyəsinin enməsi 2050-ci ilə qədər davam edəcək. Son dövrlərdə isə bu proses bir qədər sürətlənib. Suyun səviyyəsinin enməsi 1995-ci ildən başlayaraq il ərzində 18-20 sm düşür. 1995-ci illə müqayisədə bu gün Xəzərdə suyun səviyyəsi iki metrə qədər düşüb. Bu proses nəticəsində Xəzər sahildən xeyli geri çəkilərək gördüyümüz mənzərə ortaya çıxıb", - deyə Ə.Əliyev vurğulayıb.
Professor bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin belə düşməsi Azərbaycan ərazisindəki balıqçılığa, xüsusilə də gəmilərə, neft-qazçıxarma işlərinə ciddi ziyan vuracaq.
Onun sözlərinə görə, balıqların yaşama arealları pozulacaq, gəmilərin platformalara yaxınlaşması və fəaliyyətində bir çox çətinliklər yaranacaq.
Son günlər Kür çayında da quruma müşahidə olunur
Ə.Əliyev məsələ ilə bağlı bildirib ki, Kür çayında suyun səviyyəsinin xeyli azalmasının səbəbi çaylarda suyun səviyyəsinin azalmasıdır:
"Ən böyük çayımız olan Kür başlanğıcını Türkiyədən götürür və gəlib Mingəçevir dənizinə tökülür. Son illərdə xüsusilə atmosferdə gedən qlobal istiləşmələr və digər proseslər bu ərazilərdə yağıntıların miqdarını azaldıb. Ona görə də Kür çayının suyu azalıb. Son 20 ildə Azərbaycanda antisiklonlar üstünlük təşkil edir. Günəşli hava hökm sürür, deməli, yağıntı azdır. Bu proses hər yerdə gedir. Kür çayının suyu, Xəzər dənizinin və eləcə də Volqa çayının səviyyəsi kəskin azalma müşahidə olunur".
Məlumat üçün bildirək ki, bu günlərdə yayılan xəbərlərə görə, Kür çayı sularının böyük bir hissəsi üzərində tikiləcək Beşikkaya SES bəndi vasitəsilə Çoruh çayına, oradan da Qara dənizə axıdılacaq.
Bu barədə Ərdahandan olan millət vəkili Orhan Atalayın açıqlamasına görə, Beşikkaya bəndinin ilk bloku 2023-cü il investisiya proqramına daxil edilib. Türkiyə və Gürcüstan ərazilərindən keçən Kür çayının böyük bir hissəsi Azərbaycanda yerləşir.
Son günlərdə Kür çayı demək olar tamamilə quruyub. Kür çayı sularının böyük bir hissəsi üzərində tikiləcək Beşikkaya SES bəndindən sonra Kür çayının suyunun tamamilə quruyacağı barədə həyəcanlı məlumatlar yayılır. Ə.Əmirov isə bunun Kürə təsirinin o qədər də çox olmayacağı qənaətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.