Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB rəhbərinin müavini: "Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb"

© pixabay / HolgersFotografieUşaq
Uşaq - Sputnik Azərbaycan, 1920, 11.03.2023
Abunə olmaq
TƏBİB icraçı direktorun müavini Anar İsrafilov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində çıxış edib.
BAKI, 11 mart - Sputnik. "Fərqliliyi olan insanların rifahının gücləndirilməsi dövlətin əsas prioritetlərindəndir".
"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorun müavini Anar İsrafilov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.
O bildirib ki, son illərdə reabilitalogiya sahəsində ciddi uğurlar əldə olunub:
"Ölkəmizdə reabilitasiya xidmətlərinin effektiv və səmərəli təşkili istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi daim dövlətin nəzarətindədir".
A.İsrafilov bildirib ki, son illər uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb:
"Bunun təkcə tibbi yox, həm də sosial səbəbləri var. Cəmiyyətin əsas problemlərindən biri də bulinqdir. Bu mənada valideynlər övladlarına diqqətlə yanaşmalıdırlar. Əminəm ki, bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə birlikdə çatacağıq".
Xəbər lenti
0