https://sputnik.az/20230311/prezident-cin-azerbaycan-ucun-etibarli-terefdas-ve-dost-dovletdir-452599441.html
Prezident: Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir
Prezident: Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Tszinpinə məktub göndərib. 11.03.2023, Sputnik Azərbaycan
2023-03-11T23:26+0400
2023-03-11T23:26+0400
2023-03-12T08:43+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
məktub
çin
çin xalq respublikasının sədri si tszinpin
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427109673_0:113:2279:1394_1920x0_80_0_0_173faca35c5e77a16c317429c40ca024.jpg
BAKI, 11 mart - Sputnik. Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. Biz Azərbaycan ilə Çin arasında tarixi ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş münasibətlərə xüsusi əhəmiyyət veririk.Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Tszinpinə məktubunda deyilir.Qeyd olunub ki, dövlətlərarası əlaqələrimizin gündən-günə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması və yeni məzmun kəsb etməsi məmnunluq doğurur:“Daim genişlənən siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlığımız, “Kəmər və yol”, “Orta dəhliz” layihələri çərçivəsində tərəfdaşlığımız, Çin şirkətlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakı sıx münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Çin əlaqələrinin bütün sahələrdə dərinləşdirilməsi, əməkdaşlığımızın genişləndirilməsi, regional iqtisadi tərəfdaşlıq üçün geniş perspektivlər açan infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427109673_135:0:2142:1505_1920x0_80_0_0_cb7dc95d31623c99b183149cfea35926.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, məktub, çin, çin xalq respublikasının sədri si tszinpin
prezident ilham əliyev, məktub, çin, çin xalq respublikasının sədri si tszinpin
Prezident: Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir
23:26 11.03.2023 (Yenilənib: 08:43 12.03.2023) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Tszinpinə məktub göndərib.
BAKI, 11 mart - Sputnik. Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. Biz Azərbaycan ilə Çin arasında tarixi ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş münasibətlərə xüsusi əhəmiyyət veririk.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Tszinpinə məktubunda deyilir.
Qeyd olunub ki, dövlətlərarası əlaqələrimizin gündən-günə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması və yeni məzmun kəsb etməsi məmnunluq doğurur:
“Daim genişlənən siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlığımız, “Kəmər və yol”, “Orta dəhliz” layihələri çərçivəsində tərəfdaşlığımız, Çin şirkətlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakı sıx münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Çin əlaqələrinin bütün sahələrdə dərinləşdirilməsi, əməkdaşlığımızın genişləndirilməsi, regional iqtisadi tərəfdaşlıq üçün geniş perspektivlər açan infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.