https://sputnik.az/20230311/kendden-sehere-novruz-yarmarkalari-fealiyyete-baslayib-452585908.html
“Kənddən şəhərə” Novruz yarmarkaları fəaliyyətə başlayıb
“Kənddən şəhərə” Novruz yarmarkaları fəaliyyətə başlayıb
Sputnik Azərbaycan
“Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara... 11.03.2023, Sputnik Azərbaycan
2023-03-11T13:00+0400
2023-03-11T13:00+0400
2023-03-11T13:00+0400
cəmiyyət
novruz bayramı
yarmarka
kənd təsərrüfatı yarmarkaları
bayram yarmarkaları
kənd təsərrüfatı nazirliyi
kənddən şəhərə yarmarkası
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777951_0:320:3073:2048_1920x0_80_0_0_bb52318821c3b5181f2878da1fe42a4e.jpg
BAKI, 11 mart - Sputnik. Novruz bayramı ilə əlaqədar təşkil olunan “Kənddən şəhərə” yarmarkası fəaliyyətə başlayıb.Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, nazirlik tərəfindən təşkil olunan yarmarka 11-19 mart tarixlərində fəaliyyət göstərəcək.Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.“Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur. Yarmarkaya ümumilikdə 50 regiondan 82 fermer qatılıb. Fermerlər yarmarkada alıcılara 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları təklif edir.Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.“Kənddən Şəhərə” Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib.“Kənddən Şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777951_0:0:2731:2048_1920x0_80_0_0_082d96fea08c24ccf0c77846d2b13d20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
novruz bayramı, yarmarka, kənd təsərrüfatı yarmarkaları, bayram yarmarkaları, kənd təsərrüfatı nazirliyi, kənddən şəhərə yarmarkası
novruz bayramı, yarmarka, kənd təsərrüfatı yarmarkaları, bayram yarmarkaları, kənd təsərrüfatı nazirliyi, kənddən şəhərə yarmarkası
“Kənddən şəhərə” Novruz yarmarkaları fəaliyyətə başlayıb
“Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur.
BAKI, 11 mart - Sputnik. Novruz bayramı ilə əlaqədar təşkil olunan “Kənddən şəhərə” yarmarkası fəaliyyətə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, nazirlik tərəfindən təşkil olunan yarmarka 11-19 mart tarixlərində fəaliyyət göstərəcək.
Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
“Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur. Yarmarkaya ümumilikdə 50 regiondan 82 fermer qatılıb. Fermerlər yarmarkada alıcılara 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları təklif edir.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
“Kənddən Şəhərə” Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib.
“Kənddən Şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)