https://sputnik.az/20230311/heyder-eliyev-sexsi-nufuzu-sayesinde-qarabagda-qirginin-qarsisini-aldi----markov-452568142.html
Heydər Əliyev şəxsi nüfuzu sayəsində Qarabağda qırğının qarşısını aldı - Markov
Heydər Əliyev şəxsi nüfuzu sayəsində Qarabağda qırğının qarşısını aldı - Markov
Sputnik Azərbaycan
Rusiyalı diplomat bildirib ki, Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun möhkəm təməlini qoymaqla ölkə ordusunda köklü islahatlar həyata keçirib. 11.03.2023, Sputnik Azərbaycan
2023-03-11T10:01+0400
2023-03-11T10:01+0400
2023-03-11T10:01+0400
sergey markov
heydər əliyev ili
heydər əliyev
ordu
abadlıq-quruculuq işləri
https://cdnn1.img.sputnik.az/img/42258/09/422580929_0:782:2047:1933_1920x0_80_0_0_49132d4b33c4b39e0c4f76843264d779.jpg
BAKI, 11 mart — Sputnik. Rusiyalı tanınmış ictimai və dövlət xadimi, diplomat, siyasi şərhçi Sergey Markov Azərbaycan Dövlət Xəbər Agentliyi AZƏRTAC-a müsahibə verib. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir. – Salam, Sergey Aleksandroviç! Mən müsahibəmizi görkəmli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevə həsr etmək istərdim. Onun şəxsiyyətinin miqyasını dəyərləndirmək çətindir. Sizə məlumdur ki, cari il Azərbaycanda "Heydər Əliyev İli" elan olunub. İlk sualım belədir: Sizcə, həm sovet partiya xadimi olduğu zamanlarda, həm də müasir Azərbaycanın Prezidenti postunda Heydər Əliyevin son dərəcə heyrətləndirici uğurunun formulu nədə idi? – Şübhəsiz, Heydər Əliyevin fəaliyyəti tarixçilər və politoloqlar tərəfindən hələ tədqiq olunacaq. Lakin mənə belə gəlir ki, bütün rəhbər vəzifələrdə Heydər Əliyevin uğuru onun mövcud obyektiv reallıqlar və şərait nəzərə alınmaqla, dəqiq, zamanında siyasi qərarlar qəbul etmək bacarığında idi. Sovet Azərbaycanının rəhbəri vəzifəsində Heydər Əliyev Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklər həyata keçirməyə, Azərbaycanı sənaye-aqrar ölkəsinə çevirməyə müvəffəq oldu. Sənayenin inkişafı respublikada həyat səviyyəsini, təhsilin və elmin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verdi. Sonrakı mərhələlərdə məhz bu resurslar ölkənin güclü şəkildə bərpasının, Heydər Əliyevin və sonralar onun siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurların əsasını təşkil etdi. Mən Heydər Əliyevlə ünsiyyətdə olmaq şərəfinə nail olmuşam. O, qeyri-adi zəkaya sahib şəxsiyyət, doğma Azərbaycanını hədsiz sədaqətlə sevən, böyük dövlət idarəçiliyi təcrübəsinə malik görkəmli siyasi xadim idi. Onun siyasi nifaqlar nəticəsində parçalanan Azərbaycanda hakimiyyətə qayıdışı faktiki olaraq vətəndaş müharibəsinə son qoydu. Heydər Əliyevin şəksiz nüfuzu sayəsində ölkədə vəziyyəti kifayət qədər tez bir zamanda sabitləşdirmək mümkün oldu. Əlbəttə ki, ən başlıcası – Heydər Əliyev Qarabağda qırğının qarşısını aldı və atəşkəs haqqında saziş bağladı. Beləliklə, Bakıya qədər gəlib çatmaq arzusunu gizlətməyən erməni işğalçıların hücumunun qarşısı alındı. Bu, həddən artıq çətin idi. Lakin Heydər Əliyev çox incə siyasi manevrlər və şəxsi nüfuzu sayəsində buna müvəffəq oldu. Digər tərəfdən, Azərbaycan həmin dövrdə güclü hərbi resurslara sahib deyildi. Heydər Əliyev sürətlə və səmərəli şəkildə dövlət təsisatlarını qurmağı bacardı və onlar indi də gözəl fəaliyyət göstərir. Bütün bunlar Heydər Əliyevin müdrik, hərtərəfli düşünülmüş addımlarının nəticəsidir. Heydər Əliyev vaxtilə Türkiyənin getdiyi yolu seçdi. Onun qurduğu model dünyəvi müasir təsisatları və ənənəvi islam mədəniyyətini çox harmonik şəkildə bir-birinə inteqrasiya etmək imkanı verdi. Heydər Əliyev Türkiyə ilə güclü strateji ittifaq formalaşdırdı, bu ittifaq bir çox məsələlərin həllində Azərbaycana kömək etdi. Əlbəttə, məhz Heydər Əliyev Azərbaycan iqtisadiyyatını bərbad vəziyyətdən sonra dirçəltməyi bacardı. Bu, çox cəhətdən, Heydər Əliyevin bilavasitə iştirakı ilə imzalanmış "Əsrin müqaviləsi" sayəsində baş verdi. Heydər Əliyevin qeyri-adi zəkası sayəsində qərbin transmilli şirkətlərinin investisiyaları və texnologiyalarından maksimum istifadə etmək mümkün oldu. Lakin bununla yanaşı, gəlirlərin tam əksər hissəsi Azərbaycan büdcəsinə yönəldilmişdi. Beləliklə, Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl yaradıldı və bu, artıq Prezident İlham Əliyevin hakimiyyəti dövründə çox sürətli xarakter aldı. – Heydər Əliyevi haqlı olaraq müasir Azərbaycanın memarı hesab edirlər. Əlbəttə, dövlətçiliyin başlıca atributlarından biri nizami ordudur. Müasir dünyada qüdrətli ordunun olması az qala həyati əhəmiyyətli məsələdir. Bax, bu cür paradoks... Tarixin müəyyən dövründə, əsasən ötən əsrin 50-60-cı illərində və daha əvvəl - hələ çar Rusiyasında azərbaycanlıları hərbi işdən ayırmışdılar. Azərbaycanlılara münasibətdə buna bənzər meyillər Qorbaçovun hakimiyyəti dövründə də yer alırdı. Əsgərliyə yeni gələn azərbaycanlıları zabit vəzifələrinə irəli sürmür, bu gənclərin rus dilini zəif bilmələrini "əsas" gətirərək onları tikinti batalyonlarına göndərirdilər. Bunlar, şübhəsiz ki, bəhanə idi. Sizcə, bunun əsl səbəbi nə idi? – Yuxarıda adıçəkilən, Azərbaycan üçün həyati əhəmiyyətli xarakter kəsb edən məsələlər kompleksinin Heydər Əliyev tərəfindən həlli onu əminliklə müasir Azərbaycanın memarı, millətin atası adlandırmağa əsas verir. Məlumdur ki, sovet dövründə güc təsisatlarına aid olan hər şeyə qeyri-formal yanaşma olub. Nisbətlər müxtəlif idi və slavyan əhaliyə xüsusi əhəmiyyət verilirdi. Lakin ermənilər və gürcülər də güc təsisatlarında, o cümlədən orduda kifayət qədər təmsil olunmuşdu. Əlbəttə, bu vəziyyət sonralar - Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı öz rolunu oynadı. Azərbaycanlıların bu mənada imkanları əhəmiyyətli şəkildə məhdudlaşdırılmışdı. Bu, qismən onunla bağlı idi ki, sovet imperiyası dövründə bir növ "sevimli xalqlar" mövcud idi və ola bilsin, dini amil də böyük rol oynayırdı. Yeri gəlmişkən, mən bu məsələni tarixçilərin və ya hərbi ekspertlərin mühakiməsinə çıxarmağı məqsədəuyğun hesab edirəm. Onlar elmi tədqiqatlar, arxiv materiallarının öyrənilməsi yolu ilə bu məsələyə aydınlıq gətirə bilərdilər. Burada qeyd etmək yerinə düşər ki, Heydər Əliyev işin gedişatına müdaxilə etməyi və azərbaycanlılar üçün, necə deyərlər, kvota "qazanmağı" bacardı. Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun möhkəm təməlini qoymaqla ölkə ordusunda köklü islahatlar həyata keçirdi. O vaxtdan möhkəmlənən, güclənən Azərbaycan ordusu ölkənin Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edən qüdrətli müasir orduya çevrildi. Azərbaycan Ordusu əsl fenomen oldu, onun döyüş təcrübəsi hazırda ekspertlər tərəfindən ətraflı öyrənilir. – Heç kim üçün sirr deyil ki, Rusiya ilə Azərbaycan arasında 90-cı illərdə xeyli zəifləmiş əlaqələri məhz Heydər Əliyevin səyləri və şəksiz nüfuzu sayəsində nizamlamaq mümkün oldu. Bütün bunlar Qarabağ hadisələri, Qorbaçovun göstərişi ilə Bakıda törədilən qanlı terror fonunda baş verirdi. Siz Rusiya-Azərbaycan münasibətlərində Heydər Əliyev amilini necə dəyərləndirirsiniz? – Siz tamamilə haqlısınız. Azərbaycanla Rusiya arasında münasibətlər əvvəlcə kifayət qədər çətin qurulurdu, lakin Heydər Əliyev şəxsiyyətinə böyük hörmət bəsləyən Vladimir Putinin hakimiyyətə gəlişi ilə hər şey dəyişdi. Heydər Əliyev Putin üçün bir çox hallarda siyasi müəllim idi. Putin özü bunu dəfələrlə bəyan edib, onlar tez-tez görüşürdülər. Demək lazımdır ki, Heydər Əliyev Sovet İttifaqının, daha sonra Rusiyanın rəhbərliyindən şəxsi incikliyinə "göz yumdu" və qüdrətli şimal qonşusu ilə yaxınlaşaraq yaxşı dostluq münasibətləri qurdu və bu münasibətlər hazırda da davam edir. – Heydər Əliyevlə şəxsən ünsiyyətdə olmuş insanların ortaq fikri belədir ki, dahi liderin razılıq əldə etmək bacarığı, qaneedici, arqumentli nitqi, hər hansı vəziyyətdə möhkəm və təmkinli olması ona xas olan güclü keyfiyyətlərdir. Bir də, əlbəttə ki, uzaqgörənliyi. Axı hələ 10 il bundan əvvəl regionda indiki vəziyyəti qabaqcadan kim proqnozlaşdıra bilərdi. Amma Heydər Əliyev bu barədə xeyli əvvəl danışırdı. Bununla bağlı mənim iki sualım var: birincisi - Siz qonşu Ermənistanın təxribatçı, heç də sülhə uyğun olmayan hərəkətləri fonunda Cənubi Qafqazın gələcəyini necə görürsünüz və ikincisi, dünyada yaranmış gərginliyi aradan qaldırmaq üçün indiki siyasi xadimlərdə hansı keyfiyyətlər çatışmır? – Heydər Əliyevi tanıyan hər kəs, bütövlükdə, geniş ictimai-siyasi dairələrin nümayəndələri də, siyasətə yaxşı bələd olmayanlar da eyni fikirdədirlər: Azərbaycanın bəxti onda gətirib ki, ölkə üçün dönüş anında bu dövlətə Heydər Əliyev kimi lider başçılıq edib. Hamı Heydər Əliyevi dərin hörmətlə yad edir, onun siyasi dühasını lazımınca dəyərləndirir. Sualın ikinci hissəsinə gəlincə, mənim fikrimcə, indiki siyasi xadimlərdə məhz lider keyfiyyətləri çatışmır. Güclü siyasi liderlərin yoxluğu və siyasi təsisatların dağılması şəraitində xaos əmələ gəlir. Bu, qaçılmazdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42258/09/422580929_0:844:2047:2379_1920x0_80_0_0_6e01373653d0d585e0094b7f19565b5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey markov, heydər əliyev, ordu, abadlıq-quruculuq işləri
sergey markov, heydər əliyev, ordu, abadlıq-quruculuq işləri
Heydər Əliyev şəxsi nüfuzu sayəsində Qarabağda qırğının qarşısını aldı - Markov
Rusiyalı diplomat bildirib ki, Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun möhkəm təməlini qoymaqla ölkə ordusunda köklü islahatlar həyata keçirib.
BAKI, 11 mart — Sputnik. Rusiyalı tanınmış ictimai və dövlət xadimi, diplomat, siyasi şərhçi Sergey Markov Azərbaycan Dövlət Xəbər Agentliyi AZƏRTAC-a müsahibə verib.
Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir.
– Salam, Sergey Aleksandroviç! Mən müsahibəmizi görkəmli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevə həsr etmək istərdim. Onun şəxsiyyətinin miqyasını dəyərləndirmək çətindir. Sizə məlumdur ki, cari il Azərbaycanda "Heydər Əliyev İli" elan olunub. İlk sualım belədir: Sizcə, həm sovet partiya xadimi olduğu zamanlarda, həm də müasir Azərbaycanın Prezidenti postunda Heydər Əliyevin son dərəcə heyrətləndirici uğurunun formulu nədə idi?
– Şübhəsiz, Heydər Əliyevin fəaliyyəti tarixçilər və politoloqlar tərəfindən hələ tədqiq olunacaq. Lakin mənə belə gəlir ki, bütün rəhbər vəzifələrdə Heydər Əliyevin uğuru onun mövcud obyektiv reallıqlar və şərait nəzərə alınmaqla, dəqiq, zamanında siyasi qərarlar qəbul etmək bacarığında idi. Sovet Azərbaycanının rəhbəri vəzifəsində Heydər Əliyev Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklər həyata keçirməyə, Azərbaycanı sənaye-aqrar ölkəsinə çevirməyə müvəffəq oldu. Sənayenin inkişafı respublikada həyat səviyyəsini, təhsilin və elmin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verdi. Sonrakı mərhələlərdə məhz bu resurslar ölkənin güclü şəkildə bərpasının, Heydər Əliyevin və sonralar onun siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurların əsasını təşkil etdi.
Mən Heydər Əliyevlə ünsiyyətdə olmaq şərəfinə nail olmuşam. O, qeyri-adi zəkaya sahib şəxsiyyət, doğma Azərbaycanını hədsiz sədaqətlə sevən, böyük dövlət idarəçiliyi təcrübəsinə malik görkəmli siyasi xadim idi. Onun siyasi nifaqlar nəticəsində parçalanan Azərbaycanda hakimiyyətə qayıdışı faktiki olaraq vətəndaş müharibəsinə son qoydu. Heydər Əliyevin şəksiz nüfuzu sayəsində ölkədə vəziyyəti kifayət qədər tez bir zamanda sabitləşdirmək mümkün oldu. Əlbəttə ki, ən başlıcası – Heydər Əliyev Qarabağda qırğının qarşısını aldı və atəşkəs haqqında saziş bağladı. Beləliklə, Bakıya qədər gəlib çatmaq arzusunu gizlətməyən erməni işğalçıların hücumunun qarşısı alındı. Bu, həddən artıq çətin idi. Lakin Heydər Əliyev çox incə siyasi manevrlər və şəxsi nüfuzu sayəsində buna müvəffəq oldu. Digər tərəfdən, Azərbaycan həmin dövrdə güclü hərbi resurslara sahib deyildi.
Heydər Əliyev sürətlə və səmərəli şəkildə dövlət təsisatlarını qurmağı bacardı və onlar indi də gözəl fəaliyyət göstərir. Bütün bunlar Heydər Əliyevin müdrik, hərtərəfli düşünülmüş addımlarının nəticəsidir. Heydər Əliyev vaxtilə Türkiyənin getdiyi yolu seçdi. Onun qurduğu model dünyəvi müasir təsisatları və ənənəvi islam mədəniyyətini çox harmonik şəkildə bir-birinə inteqrasiya etmək imkanı verdi. Heydər Əliyev Türkiyə ilə güclü strateji ittifaq formalaşdırdı, bu ittifaq bir çox məsələlərin həllində Azərbaycana kömək etdi.
Əlbəttə, məhz Heydər Əliyev Azərbaycan iqtisadiyyatını bərbad vəziyyətdən sonra dirçəltməyi bacardı. Bu, çox cəhətdən, Heydər Əliyevin bilavasitə iştirakı ilə imzalanmış "Əsrin müqaviləsi" sayəsində baş verdi. Heydər Əliyevin qeyri-adi zəkası sayəsində qərbin transmilli şirkətlərinin investisiyaları və texnologiyalarından maksimum istifadə etmək mümkün oldu. Lakin bununla yanaşı, gəlirlərin tam əksər hissəsi Azərbaycan büdcəsinə yönəldilmişdi. Beləliklə, Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl yaradıldı və bu, artıq Prezident İlham Əliyevin hakimiyyəti dövründə çox sürətli xarakter aldı.
– Heydər Əliyevi haqlı olaraq müasir Azərbaycanın memarı hesab edirlər. Əlbəttə, dövlətçiliyin başlıca atributlarından biri nizami ordudur. Müasir dünyada qüdrətli ordunun olması az qala həyati əhəmiyyətli məsələdir. Bax, bu cür paradoks... Tarixin müəyyən dövründə, əsasən ötən əsrin 50-60-cı illərində və daha əvvəl - hələ çar Rusiyasında azərbaycanlıları hərbi işdən ayırmışdılar. Azərbaycanlılara münasibətdə buna bənzər meyillər Qorbaçovun hakimiyyəti dövründə də yer alırdı. Əsgərliyə yeni gələn azərbaycanlıları zabit vəzifələrinə irəli sürmür, bu gənclərin rus dilini zəif bilmələrini "əsas" gətirərək onları tikinti batalyonlarına göndərirdilər. Bunlar, şübhəsiz ki, bəhanə idi. Sizcə, bunun əsl səbəbi nə idi?
– Yuxarıda adıçəkilən, Azərbaycan üçün həyati əhəmiyyətli xarakter kəsb edən məsələlər kompleksinin Heydər Əliyev tərəfindən həlli onu əminliklə müasir Azərbaycanın memarı, millətin atası adlandırmağa əsas verir.
Məlumdur ki, sovet dövründə güc təsisatlarına aid olan hər şeyə qeyri-formal yanaşma olub. Nisbətlər müxtəlif idi və slavyan əhaliyə xüsusi əhəmiyyət verilirdi. Lakin ermənilər və gürcülər də güc təsisatlarında, o cümlədən orduda kifayət qədər təmsil olunmuşdu. Əlbəttə, bu vəziyyət sonralar - Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı öz rolunu oynadı. Azərbaycanlıların bu mənada imkanları əhəmiyyətli şəkildə məhdudlaşdırılmışdı. Bu, qismən onunla bağlı idi ki, sovet imperiyası dövründə bir növ "sevimli xalqlar" mövcud idi və ola bilsin, dini amil də böyük rol oynayırdı. Yeri gəlmişkən, mən bu məsələni tarixçilərin və ya hərbi ekspertlərin mühakiməsinə çıxarmağı məqsədəuyğun hesab edirəm. Onlar elmi tədqiqatlar, arxiv materiallarının öyrənilməsi yolu ilə bu məsələyə aydınlıq gətirə bilərdilər.
Burada qeyd etmək yerinə düşər ki, Heydər Əliyev işin gedişatına müdaxilə etməyi və azərbaycanlılar üçün, necə deyərlər, kvota "qazanmağı" bacardı. Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun möhkəm təməlini qoymaqla ölkə ordusunda köklü islahatlar həyata keçirdi. O vaxtdan möhkəmlənən, güclənən Azərbaycan ordusu ölkənin Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edən qüdrətli müasir orduya çevrildi. Azərbaycan Ordusu əsl fenomen oldu, onun döyüş təcrübəsi hazırda ekspertlər tərəfindən ətraflı öyrənilir.
– Heç kim üçün sirr deyil ki, Rusiya ilə Azərbaycan arasında 90-cı illərdə xeyli zəifləmiş əlaqələri məhz Heydər Əliyevin səyləri və şəksiz nüfuzu sayəsində nizamlamaq mümkün oldu. Bütün bunlar Qarabağ hadisələri, Qorbaçovun göstərişi ilə Bakıda törədilən qanlı terror fonunda baş verirdi. Siz Rusiya-Azərbaycan münasibətlərində Heydər Əliyev amilini necə dəyərləndirirsiniz?
– Siz tamamilə haqlısınız. Azərbaycanla Rusiya arasında münasibətlər əvvəlcə kifayət qədər çətin qurulurdu, lakin Heydər Əliyev şəxsiyyətinə böyük hörmət bəsləyən Vladimir Putinin hakimiyyətə gəlişi ilə hər şey dəyişdi. Heydər Əliyev Putin üçün bir çox hallarda siyasi müəllim idi. Putin özü bunu dəfələrlə bəyan edib, onlar tez-tez görüşürdülər. Demək lazımdır ki, Heydər Əliyev Sovet İttifaqının, daha sonra Rusiyanın rəhbərliyindən şəxsi incikliyinə "göz yumdu" və qüdrətli şimal qonşusu ilə yaxınlaşaraq yaxşı dostluq münasibətləri qurdu və bu münasibətlər hazırda da davam edir.
– Heydər Əliyevlə şəxsən ünsiyyətdə olmuş insanların ortaq fikri belədir ki, dahi liderin razılıq əldə etmək bacarığı, qaneedici, arqumentli nitqi, hər hansı vəziyyətdə möhkəm və təmkinli olması ona xas olan güclü keyfiyyətlərdir. Bir də, əlbəttə ki, uzaqgörənliyi. Axı hələ 10 il bundan əvvəl regionda indiki vəziyyəti qabaqcadan kim proqnozlaşdıra bilərdi. Amma Heydər Əliyev bu barədə xeyli əvvəl danışırdı. Bununla bağlı mənim iki sualım var: birincisi - Siz qonşu Ermənistanın təxribatçı, heç də sülhə uyğun olmayan hərəkətləri fonunda Cənubi Qafqazın gələcəyini necə görürsünüz və ikincisi, dünyada yaranmış gərginliyi aradan qaldırmaq üçün indiki siyasi xadimlərdə hansı keyfiyyətlər çatışmır?
– Heydər Əliyevi tanıyan hər kəs, bütövlükdə, geniş ictimai-siyasi dairələrin nümayəndələri də, siyasətə yaxşı bələd olmayanlar da eyni fikirdədirlər: Azərbaycanın bəxti onda gətirib ki, ölkə üçün dönüş anında bu dövlətə Heydər Əliyev kimi lider başçılıq edib. Hamı Heydər Əliyevi dərin hörmətlə yad edir, onun siyasi dühasını lazımınca dəyərləndirir.
Sualın ikinci hissəsinə gəlincə, mənim fikrimcə, indiki siyasi xadimlərdə məhz lider keyfiyyətləri çatışmır. Güclü siyasi liderlərin yoxluğu və siyasi təsisatların dağılması şəraitində xaos əmələ gəlir. Bu, qaçılmazdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.