Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Teatrşünas: "Ölkəmizdə estrada janrı formalaşmadığından, insanlar bunu qəbul edə bilmir"

© Photo : İnstagram / busheherdeCoşqun Rəhimov qadın obrazında
Coşqun Rəhimov qadın obrazında - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Musiqili Teatrının aktyoru, Əməkdar artist Ələkbər Əliyevin "Kişinin qadın paltarı geyinib əzilib-büzülməsinə ehtiyac yoxdur" fikri sosial mediada geniş müzakirələrə səbəb olub.
BAKI, 10 mart — Sputnik. Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Ələkbər Əliyev qadın paltarı geyinib, qadın obrazı yaradan aktyorları sərt tənqid edib. Aktyor situasiya tələb etmədiyi təqdirdə, kişinin məhz qadın paltarı geyinib, səhnədə qadın obrazı canlandırmasına çox pis baxdığını bildirib.
Ə.Əliyev qeyd edib ki, kişinin qadın paltarı geyinib əzilib-büzülməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, aktyor yalnız bir halda, vəziyyətdən çıxmaq üçün, yəni, situasiyaya uyğun olaraq qadın paltarı geyinə bilər:

"Qadın paltarı geyinsə də, yenə də tamaşaçı onun kişi olduğunu və vəziyyətə uyğun qadın paltarı geyindiyini bilməlidir. Amma kişinin qadın paltarında, məhz qadın obrazını canlandırması, əzilib-büzülərək bütün qadın incəlliklərini göstərməsi kənardan çox iyrənc görünür. Mən buna çox pis baxıram. Kişinin qadın paltarı geyinib əzilib-büzülməyinə nə ehtiyac var axı?! Qadın qadın rolunu oynamalıdır, kişi də kişi. O əvvəllər idi, Əhməd Ağdamski məcburiyyətdən qadın obrazlarında səhnəyə çıxıb. Çünki həmin obrazları canlandırmaq üçün qadın aktrisalar yox idi. Amma indi teatrda yetərincə aktrisa və aktyorlar var. Mən hətta yaşlı aktoyrun gənc rol oynamağına da pis baxıram. Teatrda yaşlı və gənc obrazları oynamaq üçün istənilən yaş təbəqəsində aktyorlar var".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru, Əməkdar artist Gülşad Baxşıyeva bildirir ki, aktyor hər obrazı oynaya bilər:
© Photo : APAGülşad Baxşıyeva
Gülşad Baxşıyeva - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Gülşad Baxşıyeva

"Dovşanı da, canavarı da, tülkünü də. Qadın aktrisa kişi obrazını, kişi aktyor qadın obrazını oynaya bilər. Aktrisa bildirir ki, mərhum aktrisamız Almaz Mustafayevanın boyu balaca idi, o həmişə uşaq obrazlarını oyanayırdı. O həm də kişi obrazlarını oynayırdı".

Daha sonra Əməkdar artist kişi aktyorun qadın obrazını oynaya bilməyəcəyi fikrinin onda gülüş doğurduğunu deyib:

"Yəqin ki, Ələkbər Əliyev "Bu şəhərdə"ni nəzərdə tutub. "Bu şəhərdə" teatrdı. Burada qəribə heç nə yoxdur. Rusiyada belə teatrlar daha çoxdur. Əksinə, tamaşaçı baxır ki, aktyor 5 dəqiqənin içində dəyişir, başqalaşır, başqa bir obrazda gəlir. Biz fəxr etməliyik ki, belə aktyorlarımız var".

Baxşıyeva hesab edir ki, bu fikirlərin hamısı paxıllıqdan qaynaqlanır.
Aktyor etiraf edir ki, ona gələcəkdə kişi obrazı verilsə, məmnuniyyətlə rolu qəbul edər:
"Görünür o aktyor səhnədə öz arzularını realizə edə bilməyib, istədiyi qədər rollar oynamayıb. Bütün dövrlərdə belə ştapm aktyorlar olub, onlar istədiklərini oynaya bilməyiblər, ona görə də uğur qazananlara ağız büzürlər. Tez-tez velə bir fikir səsləndirirlər ki, niyə Rəfael və Coşqun gedib teatrda işləmir? Mən də deyirəm ki, onlar öz teatrlarını yaradıblar. Həmin tənqid edən aktyora sual verirəm: "50 ildir teatrda işləyirsən, neyləmisən? Hansı uğurlu bir rolun var?" Bir akrtisa və pedaqoq kimi mən onları alqışlayıram. Çünki, onlar məni inandıra bilirlər".
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli bildirir ki, Azərbaycanda Estrada teatrı janrı inkişaf etmədiyinidən, bu janrda oynayan akytorlara münasibət heç də birmənalı olmayıb:

"Çox guman ki, Ələkbər Əliyev Rəfael və Coşqunu nəzərdə tutur. Onlar dram teatrının aktyoru deyil, onlar estrada aktyorlarıdır. Estrada teatrında bu, qəbulolunandır".

Teatr tənqidçisi dünya praktiaksından söz açıb. Teatrşünas əlavə edir ki, aktyorların obrazlarında yüksək estetik zövq, bədiilik varsa, niyə də olmasın:
© Photo : APAİlham Rəhimli
İlham Rəhimli - Sputnik Azərbaycan, 1920, 10.03.2023
İlham Rəhimli
"Bu janr daha çox Rusiyada inkişaf edib. Bundan başqa, Yaponiyada Kabuki və No teatrında qadınları kişilər oynayıb. Bu ənənə indi də davam edir. Əslində onların obrazlarını estrada teatrı estetikasında təhlil etməliyik ki, baxaq görək nə yaxşıdır, nə pis. Təbii ki, onların uğurlu çıxışları da var, uğursuz, şit çıxışları da. Amma bütövlükdə onlar istedadlı insanlardır. Təəssüf ki, Azərbaycanda estrada üçün ssenarilər yazanlar yox səviyyəsindədir. Üstəlik, estrada rejissoru da çox azdır. Əvvəllər Qorxmaz Əlili, Telman Adıgözəlov bu işlə məşğul idilər. Amma təəssüf ki, onlar da öz janrlarının arxasınca getmədilər. Ona görə də bu aktyorların üzərinə qara xətt çəkmək doğru yanaşama deyil".
Onun sözlərinə görə, Azərbaycanda estrada janrı formalaşmadığından insanlar bunu qəbul edə bilmir.

"Bu janr ölkəmizdə formalaşmadığına görə, bu janrda oyanayan aktyorlar janrın poetik xüsusiyyətlərini dəqiqliklə gözləyə bilmirlər. Məşhur bir sənətşünasın bir sözü var: "İpək örtüyü çılpaq qadının bədənini gizlətmək üçün yox, onun gözəlliyini, cazibəsini, lətafətini göstərmək üçündür". Gərək o aktyorlar da elə oynasınlar ki, bayağı olmasın, janrın poetik xüsusiyyətlərini gözəl çatdırsınlar", - deyə professor bildirib.

Əməkdar artist Rəfael İsgəndərovun oğlu aktyor Fuad İsgəndərov da məsələyə münasibətini bildirib:

"Onlar səhnə üçün geyinirlər. Rola uyğun geyinirlər. Həyatda geyinmirlər ki... Aktyor hər rolu oynamağı bacarmalıdır. Bunda qəbahətli heç nə yoxdur. Bunu sərt qarşılayanların fikirləri qəbahətlidir, nəinki Rəfael İsgəndərovun, Coşqun Rəhimovun qadın obrazı oynamağı".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0