https://sputnik.az/20230310/si-cinpin-ucuncu-defe-cinin-rehberi-secilib-452545913.html
Si Cinpin üçüncü dəfə Çinin rəhbəri seçilib
Si Cinpin üçüncü dəfə Çinin rəhbəri seçilib
Sputnik Azərbaycan
Çin parlamenti Cinpini, həmçinin, yenidən Mərkəzi Hərbi Şuranın rəhbəri seçib. 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T10:36+0400
2023-03-10T10:36+0400
2023-03-10T10:54+0400
dünya xəbərləri
çin
sədr
seçki
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426773028_0:0:3072:1728_1920x0_80_0_0_de91b1f42436177adf62fd311f9a1407.jpg
BAKI, 10 mart — Sputnik. Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXNK) deputatları cümə günü səsvermənin nəticələrinə əsasən yekdilliklə Si Cinpini üçüncü beş illik müddətinə yenidən Çinin sədri vəzifəsinə seçiblər. Dövlət başçısının seçilməsi cümə günü səhər ÜXNK-nın 14-cü çağırış birinci sessiyasının üçüncü plenar iclasında gizli səsvermə yolu ilə keçirilib. Plenar iclasda 2952 deputat iştirak edib. Si Cinpinin yenidən Çin Xalq Respublikasının sədri seçilməsi ilə bağlı qərar yekdilliklə qəbul edilib. Çin parlamenti Cinpini, həmçinin, yenidən Mərkəzi Hərbi Şuranın rəhbəri vəzifəsinə seçib. Qeyd edək ki, Cinpin Çin tarixində üçüncü müddətə seçilən ilk sədr olub. Ölkənin hazırkı lideri ilk dəfə 2013-cü il martın 14-də ÜXNK-nın 12-ci çağırış sessiyasında ÇXR-in sədri seçilib, 17 mart 2018-ci ildə isə ÜXNK-nın 13-cü çağırış sessiyasında ikinci beşillik üçün sədr kimi yenidən təsdiq edilib. Si Cinpinin bu il 70 yaşı tamam olacaq və onun hakimiyyətdə nə qədər qalmağı planlaşdırdığı barədə dəqiq proqnoz yoxdur. Bəzi analitiklər inanırlar ki, hazırkı lider ən azı 2035-ci ilə qədər öz mövqeyini qoruyub saxlamağa çalışır, bu müddət ərzində "sosialist modernləşmə və Çin xalqının dirçəlişinin" birinci mərhələsi planlaşdırılır. Həmin mərhələdə orta gəlirli cəmiyyət qurulmalı, ordu modernləşdirilməli, sosial, iqtisadi və siyasi islahatlar aparılmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426773028_341:0:3072:2048_1920x0_80_0_0_a3f64e21eb1600c2f55a079640bb983c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, sədr, seçki
Si Cinpin üçüncü dəfə Çinin rəhbəri seçilib
10:36 10.03.2023 (Yenilənib: 10:54 10.03.2023) Çin parlamenti Cinpini, həmçinin, yenidən Mərkəzi Hərbi Şuranın rəhbəri seçib.
BAKI, 10 mart — Sputnik. Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXNK) deputatları cümə günü səsvermənin nəticələrinə əsasən yekdilliklə Si Cinpini üçüncü beş illik müddətinə yenidən Çinin sədri vəzifəsinə seçiblər.
Dövlət başçısının seçilməsi cümə günü səhər ÜXNK-nın 14-cü çağırış birinci sessiyasının üçüncü plenar iclasında gizli səsvermə yolu ilə keçirilib.
Plenar iclasda 2952 deputat iştirak edib. Si Cinpinin yenidən Çin Xalq Respublikasının sədri seçilməsi ilə bağlı qərar yekdilliklə qəbul edilib.
Çin parlamenti Cinpini, həmçinin, yenidən Mərkəzi Hərbi Şuranın rəhbəri vəzifəsinə seçib.
Qeyd edək ki, Cinpin Çin tarixində üçüncü müddətə seçilən ilk sədr olub.
Ölkənin hazırkı lideri ilk dəfə 2013-cü il martın 14-də ÜXNK-nın 12-ci çağırış sessiyasında ÇXR-in sədri seçilib, 17 mart 2018-ci ildə isə ÜXNK-nın 13-cü çağırış sessiyasında ikinci beşillik üçün sədr kimi yenidən təsdiq edilib.
Si Cinpinin bu il 70 yaşı tamam olacaq və onun hakimiyyətdə nə qədər qalmağı planlaşdırdığı barədə dəqiq proqnoz yoxdur. Bəzi analitiklər inanırlar ki, hazırkı lider ən azı 2035-ci ilə qədər öz mövqeyini qoruyub saxlamağa çalışır, bu müddət ərzində "sosialist modernləşmə və Çin xalqının dirçəlişinin" birinci mərhələsi planlaşdırılır. Həmin mərhələdə orta gəlirli cəmiyyət qurulmalı, ordu modernləşdirilməli, sosial, iqtisadi və siyasi islahatlar aparılmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.