https://sputnik.az/20230310/ran-ve-seudiyye-erebistani-sazis-imzalayib-452570884.html
İran və Səudiyyə Ərəbistanı saziş imzalayıb
İran və Səudiyyə Ərəbistanı saziş imzalayıb
Sputnik Azərbaycan
Birgə bəyanat Pekində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə səudiyyəli həmkarı arasında bir neçə günlük danışıqlardan sonra... 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T22:56+0400
2023-03-10T22:56+0400
2023-03-10T22:56+0400
iran
dünya xəbərləri
səudiyyə ərəbistanı
diplomatik münasibətlər
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0b/434097415_0:0:3073:1728_1920x0_80_0_0_cec8d0b4701c263d03094fd2e4212e87.jpg
BAKI, 10 mart — Sputnik. İran və Səudiyyə Ərəbistanı iki ay ərzində səfirliklərini yenidən açmağı planlaşdıran diplomatik münasibətlərin bərpasına dair saziş imzalayıb. Bu barədə İran hökumətinin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, birgə bəyanat Pekində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə səudiyyəli həmkarı arasında bir neçə günlük danışıqlardan sonra imzalanıb.Danışıqlardan sonra iki ay ərzində diplomatik münasibətlərin bərpası, səfirlik və nümayəndəliklərin açılması barədə razılığa gəlinib. İki dövlətin xarici işlər nazirləri sazişin icrasını müzakirə etmək üçün görüşmək niyyətindədirlər. İran, Səudiyyə Ərəbistanı və Çinin bəyanatında deyilir:Bildirilir ki, tərəflər yeni saziş çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair 1998 və 2001-ci illərdə imzalanmış sazişləri də aktivləşdirəcəklər. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman sentyabrda yayımlanan "The Atlantic" nəşrinə müsahibəsində deyib ki, İranla münasibətlər qonşu ölkə ilə olduğu kimi qurulmalıdır. Lakin İranda baş verən iğtişaşlarla əlaqədar İran hakimiyyəti Səudiyyə Ərəbistanını iştirakda və dəstəkdə ittiham etməyə başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0b/434097415_146:0:2877:2048_1920x0_80_0_0_97d96065fc9d877d3be82ee5954b6658.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, səudiyyə ərəbistanı, diplomatik münasibətlər
iran, səudiyyə ərəbistanı, diplomatik münasibətlər
İran və Səudiyyə Ərəbistanı saziş imzalayıb
Birgə bəyanat Pekində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə səudiyyəli həmkarı arasında bir neçə günlük danışıqlardan sonra imzalanıb.
BAKI, 10 mart — Sputnik. İran və Səudiyyə Ərəbistanı iki ay ərzində səfirliklərini yenidən açmağı planlaşdıran diplomatik münasibətlərin bərpasına dair saziş imzalayıb. Bu barədə İran hökumətinin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, birgə bəyanat Pekində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə səudiyyəli həmkarı arasında bir neçə günlük danışıqlardan sonra imzalanıb.
Danışıqlardan sonra iki ay ərzində diplomatik münasibətlərin bərpası, səfirlik və nümayəndəliklərin açılması barədə razılığa gəlinib.
İki dövlətin xarici işlər nazirləri sazişin icrasını müzakirə etmək üçün görüşmək niyyətindədirlər.
İran, Səudiyyə Ərəbistanı və Çinin bəyanatında deyilir:
"Danışıqlardan sonra İran İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığı maksimum iki ay ərzində diplomatik əlaqələrini bərpa etməyə, səfirlik və nümayəndəliklərini açmağa razılaşıblar".
Bildirilir ki, tərəflər yeni saziş çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair 1998 və 2001-ci illərdə imzalanmış sazişləri də aktivləşdirəcəklər.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman sentyabrda yayımlanan "The Atlantic" nəşrinə müsahibəsində deyib ki, İranla münasibətlər qonşu ölkə ilə olduğu kimi qurulmalıdır. Lakin İranda baş verən iğtişaşlarla əlaqədar İran hakimiyyəti Səudiyyə Ərəbistanını iştirakda və dəstəkdə ittiham etməyə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.