https://sputnik.az/20230310/ermeni-terrorundan-zerer-gorenlere-psixoloji-yardim-gosterilir-452545801.html
Erməni terrorundan zərər görənlərə psixoloji yardım göstərilir
Erməni terrorundan zərər görənlərə psixoloji yardım göstərilir
Sputnik Azərbaycan
Terrordan əziyyət çəkənlər Nazirliyin "112" qaynar telefon xətti vasitəsi ilə qeydiyyata yazıla bilərlər. 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T15:13+0400
2023-03-10T15:13+0400
2023-03-10T15:13+0400
yardım
cəmiyyət
fhn
məlumat
psixoloq
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691690_0:272:3068:1998_1920x0_80_0_0_bab274221fecacb03e912caa793ea60d.jpg
BAKI, 10 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, həmçinin şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlarla bağlı məlumat yayıb.Nazirlikdən verilən məlumata görə, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, həmçinin şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyə Respublikasından bir qrup peşəkar psixoterapevt ölkəmizə dəvət edilib və FHN-in psixoloqları ilə birgə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bunun davamı olaraq yenidən FHN-nin dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gələn 20 nəfərdən artıq mütəxəssis nazirliyin psixoloqları ilə birlikdə Bakı və Naxçıvan şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların reabilitasiyasını həyata keçirir.Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin "112" qaynar telefon xətti vasitəsi ilə qeydiyyata yazıla bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691690_241:0:2972:2048_1920x0_80_0_0_58a0f88cf4a6747e5af7c3daa75218a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yardım, fhn, məlumat, psixoloq
yardım, fhn, məlumat, psixoloq
Erməni terrorundan zərər görənlərə psixoloji yardım göstərilir
Terrordan əziyyət çəkənlər Nazirliyin "112" qaynar telefon xətti vasitəsi ilə qeydiyyata yazıla bilərlər.
BAKI, 10 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, həmçinin şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlarla bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, həmçinin şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyə Respublikasından bir qrup peşəkar psixoterapevt ölkəmizə dəvət edilib və FHN-in psixoloqları ilə birgə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bunun davamı olaraq yenidən FHN-nin dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gələn 20 nəfərdən artıq mütəxəssis nazirliyin psixoloqları ilə birlikdə Bakı və Naxçıvan şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların reabilitasiyasını həyata keçirir.
Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin "112" qaynar telefon xətti vasitəsi ilə qeydiyyata yazıla bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.