Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Dünyada çörəyin qiymətləri necə dəyişir?

Abunə olmaq
Azərbaycan çörəyin ucuzluğuna görə dünyada yeddinci yerdədir - ölkədə onun qiyməti 0,39 dollar təşkil edir. İnsanın qida rasionunda ən vacib məhsulun qiymətləri haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Son illərdə qlobal inflyasiyanın sürətlənməsi ərzaq qiymətlərinə, o cümlədən bir çox insanların qida rasionunda əsas məhsulun - çörəyin bahalaşmasına təsir edib.
Avropa İttifaqının Statistika Mərkəzinin məlumatına görə, avrozonada çörəyin orta qiyməti 18% bahalaşıb.
Ancaq elə ölkələr var ki, inflyasiya çörəyin qiymətinə o qədər də təsir etməyib. Belə ki, ən ucuz çörəyi (500 qram) Tunisdə 0,14 dollara almaq mümkündür.
Eyni zamanda, "Numbeo" qlobal məlumat bazasına görə, Azərbaycan çörəyin ucuzluğuna görə dünyada yeddinci yerdədir – ölkədə onun qiyməti 0,39 təşkil edir.
Xəbər lenti
0