https://sputnik.az/20230310/bu-iqtisadi-rayonlarda-tikintiye-dair-xidmet-haqlari-mueyyenlesdi-452551525.html
Bu iqtisadi rayonlarda tikintiyə dair xidmət haqları müəyyənləşdi
Bu iqtisadi rayonlarda tikintiyə dair xidmət haqları müəyyənləşdi
Sputnik Azərbaycan
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində də bu məbləğlərdə xidmət haqları tətbiq olunacaq. 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T12:51+0400
2023-03-10T12:51+0400
2023-03-10T12:55+0400
tikinti
azərbaycan xəbərləri
ərazi
xidmət
haqq
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443407523_0:256:2730:1792_1920x0_80_0_0_ff40fd090c6dcaf1acaaaa007d8fbd96.jpg
BAKI, 10 mart — Sputnik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri müəyyənləşib. Nazirlər Kabineti bununla bağlı "Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri"nə müvafiq dəyişiklik edib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların və Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi üçün tətbiq edilən xidmət haqlarının məbləğləri həcmində xidmət haqları tətbiq olunacaq. Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün traslarla əlaqədar təchizat şəbəkəsinə qoşulma haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi hallarda tətbiq edilən haqqın 50%-i məbləğində (yuxarı məbləği 165,0 manatdan çox olmamaqla), digər hallarda trasın uzunluğu 200 m-dək olduqda 300 manat, trasın uzunluğu 200 m-dən çox olduqda 300 manat + 200-dən çox olan hər metr üçün 0,8 manat (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla) manat müəyyən edilib. Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi üçün isə xidmət haqqının məbləği hər kvadrat metrə görə 100,0 manat (yuxarı məbləği 10000,0 manatdan çox olmamaqla) müəyyən edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində də bu məbləğlərdə xidmət haqları tətbiq olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443407523_0:0:2730:2048_1920x0_80_0_0_398dc5cfe2496d5c64c26a85d178c4fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tikinti, ərazi, xidmət, haqq
tikinti, ərazi, xidmət, haqq
Bu iqtisadi rayonlarda tikintiyə dair xidmət haqları müəyyənləşdi
12:51 10.03.2023 (Yenilənib: 12:55 10.03.2023) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində də bu məbləğlərdə xidmət haqları tətbiq olunacaq.
BAKI, 10 mart — Sputnik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri müəyyənləşib.
Nazirlər Kabineti bununla bağlı "Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri"nə müvafiq dəyişiklik edib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların və Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi üçün tətbiq edilən xidmət haqlarının məbləğləri həcmində xidmət haqları tətbiq olunacaq.
Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün traslarla əlaqədar təchizat şəbəkəsinə qoşulma haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi hallarda tətbiq edilən haqqın 50%-i məbləğində (yuxarı məbləği 165,0 manatdan çox olmamaqla), digər hallarda trasın uzunluğu 200 m-dək olduqda 300 manat, trasın uzunluğu 200 m-dən çox olduqda 300 manat + 200-dən çox olan hər metr üçün 0,8 manat (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla) manat müəyyən edilib.
Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi üçün isə xidmət haqqının məbləği hər kvadrat metrə görə 100,0 manat (yuxarı məbləği 10000,0 manatdan çox olmamaqla) müəyyən edilib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində də bu məbləğlərdə xidmət haqları tətbiq olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.