SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bolqarıstan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

© Official website of President of Azerbaijan RepublicBolqarıstan Respublikasının Prezidenti Rumen Radev
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Ötən ilin sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşü olub.
BAKI, 10 mart - Sputnik. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 10-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Prezidentini Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, ötən ilin sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü olub.
Bolqarıstanın Prezidenti Rumen Radev azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə deyib ki, Azərbaycan özünü Bolqarıstan üçün arzuolunan, prioritet və etibarlı tərəfdaş kimi tanıdıb.
Onun sözlərinə görə, son illər Azərbaycan ilə yüksək və ali səviyyədə aparılan fəal dialoq iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə töhfə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0