Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın Rusiya və İranla sərhədlərində heç bir problem yoxdur - Dövlət Komitəsi

© AP Photoİran sərhəd-keçid məntəqəsi
İran sərhəd-keçid məntəqəsi - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Bu yaxınlarda Dağıstan Daşıyıcılar İttifaqının rəhbəri bəyan edib ki, Dağıstanın yüzlərlə yük maşını sənədləşmə işlərinin ləng aparılması səbəbindən bir həftədir İran-Azərbaycan sərhədində növbədə dayanır.
BAKI, 10 mart — Sputnik. Azərbaycanın İran və Rusiya ilə dövlət sərhədlərində heç bir sıxlıq və ya problem yoxdur. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Sputnik Azərbaycan Dağıstan Daşıyıcılar İttifaqının rəhbəri Maqomed Kuramaqomedovun Rusiya yük maşınlarının keçidinin ləng rəsmiləşdirilməsi üzündən Dağıstanın yüzlərlə yük maşınlarının bir həftə İran-Azərbaycan sərhədində növbədə dayanmaları barədə Rusiya mətbuatına verdiyi şərhlə bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərilib.
"İki mindən üç minə qədər Dağıstan yük maşını növbəyə dayanır. Yük maşınları üçün Azərbaycandan İrana gedib geri qayıtmaq problemdir. Çünki onlar çox gec rəsmiləşdirilir. Kuramaqomedov bildirib ki, orta hesabla yük maşınları 7-8 gün növbədə dayanır", - deyə o bildirib.
© Photo : Azerbaijan RailwaysSumqayıt-Yalama dəmir yolu
Sumqayıt-Yalama dəmir yolu - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Sumqayıt-Yalama dəmir yolu
Onun sözlərinə görə, hazırda İran sərhədində üç növbə var.
"Biri İran, ikincisi Azərbaycan, üçüncüsü Rusiya avtomobilləri üçündür. Əvvəlcə on İran maşınını keçirirlər və ondan sonra bir Rusiya maşınını buraxırlar. İran avtomobilininin rəsmiləşdirilməsi 10-15 dəqiqə çəkirsə, Rusiya maşınının keçidi 2-3 saata rəsmiləşdirilir. Hələ Rusiya-Azərbaycan sərhədini də keçmək var, orada da 2-3 gün dayanmaq lazım gəlir. Bundan sonra isə hələ 2-3 gün yol sürmək lazım olur, beləcə iki həftə keçir", - deyə agentliyin həmsöhbəti bildirib.
O əlavə edib ki, yük maşınları kənd təsərrüfatı məhsullarını daşıyır və bir qayda olaraq sərhəddə yaşanan gecikmə üzündən mallar yararsız hala düşür, nəticədə müştəri maldan imtina edir, sürücü və şirkət isə ciddi itkilərə məruz qalır.
Azərbaycan və Rusiya sərhədində keçid qabiliyyətinin genişləndirilməsi
Rusiya Federasiyasından Azərbaycan ərazisi vasitəsilə mal axınının artması üzündən və iki ölkənin sərhədindəki nəzarət-buraxılış məntəqələrinin keçid qabiliyyətinin artırılması məqsədilə bir sıra işlər görülür. Beləliklə, Dağıstanda Azərbaycanla sərhəddə yerləşən Yaraq-Qazamalar beynəlxalq avtomobil keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsi başa çatıb.
Dağıstan Respublikasında ən çox yüklənən "Şimal-Cənub "beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan quru sərhəd-keçid məntəqəsinin yenidən qurulması prioritet keçid məntəqələrinin kompleks modernləşdirilməsi çərçivəsində həyata keçirilir.
İşin sifarişçisi Rusiya Nəqliyyat Nazirliyinin tabeliyində olan "Rosqranstroy"dur (Rusiya Federasiyasının Dövlət Sərhədinin Təsbiti üzrə Federal Agentlik).
Yenidənqurmadan sonra Yaraq-Qazamalar keçid məntəqəsinin buraxılış qabiliyyətinin təxminən üç dəfə– gündə 1400 nəqliyyat vasitəsinin və 5100 nəfərə qədər artacağı bildirilir.
2027-ci ilin sonunadək Dağıstan ərazisində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan bir sıra sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi planlaşdırılır. Bunlar Yuxarı Lars, Novo-Filya, Tagirkent-Kazmalyar, Karauzek, Mahaçqala, Dərbənd də daxil olmaqla dəniz, dəmiryol və avtomobil keçid məntəqələridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İlham Əliyev və Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 21.02.2023
Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
Moskva bəyannaməsi Azərbaycana və Rusiyaya nə verdi?
Xəbər lenti
0