https://sputnik.az/20230310/azerbaycanin-ilk-balerinasinin-dogum-gunudur-452566805.html
Azərbaycanın ilk balerinasının doğum günüdür
Azərbaycanın ilk balerinasının doğum günüdür
Sputnik Azərbaycan
Anadan olmasının 108-ci ildönümü tamam olan Şərqin ilk balerinası Qəmər Almaszadə musiqi sənətimizin korifeylərindən biri kimi hər zaman böyük hörmətlə yad... 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T17:31+0400
2023-03-10T17:31+0400
2023-03-10T17:31+0400
balet
mədəniyyət
artist
https://cdnn1.img.sputnik.az/img/40410/44/404104422_0:0:1600:901_1920x0_80_0_0_8cf194a17dcdde105541ca399b15eb23.jpg
BAKI, 10 mart — Sputnik. Bu gün Azərbaycanın ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünyaşöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadənin doğum günüdür. Xalq artisti 1915-ci ilin bu günündə Bakıda anadan olub. Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb. Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin "Qırmızı lalə" baletindəki Tao Xoa partiyası ilə çıxıb və müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənib. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayıb. Balerina 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində ilk professional çıxışını edib. O dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilib. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən coşqun heyranlıqla qarşılanıb. "Qız qalası"nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Qəmər Almaszadə olub. Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik, onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Reynqold Qlierin "Qırmızı lalə", Adolf Adanın "Korsar", Boris Asafyevin "Bağçasaray fəvvarəsi", Aleksandr Qlazunovun "Raymonda", Sezar Puninin "Esmeralda", Pyotr Çaykovskinin "Şelkunçik" və "Sonalar gölü", Lüdviq Minkusun "Don Kixot", Əfrasiyab Bədəlbəylinin "Qız qalası", Qara Qarayevin "Yeddi gözəl", Niyazinin "Xosrov və Şirin", Aleksandr Kreynin "Laurensiya" baletlərində əsas partiyaları uğurla ifa edib. Üzeyir Hacıbəylinin "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" operalarında rəqqasə qızı oynayıb. O, səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb. Balerina Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoyub, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib. Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olub. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilib. Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub. Görkəmli balet ustası uzun illər Bakı Xoreoqrafiya Akademiyasında milli kadrların hazırlanması üçün böyük əmək sərf edib, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərib. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr verib. Qəmər Almaszadə 2006-cı il aprelin 7-də dünyasını dəyişib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40410/44/404104422_55:0:1600:1159_1920x0_80_0_0_d626300acfa005ca1b02844d6f34c6d5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
balet, artist
Azərbaycanın ilk balerinasının doğum günüdür
Anadan olmasının 108-ci ildönümü tamam olan Şərqin ilk balerinası Qəmər Almaszadə musiqi sənətimizin korifeylərindən biri kimi hər zaman böyük hörmətlə yad edilir.
BAKI, 10 mart — Sputnik. Bu gün Azərbaycanın ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünyaşöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadənin doğum günüdür. Xalq artisti 1915-ci ilin bu günündə Bakıda anadan olub.
Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb.
Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin "Qırmızı lalə" baletindəki Tao Xoa partiyası ilə çıxıb və müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənib. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayıb.
Balerina 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində ilk professional çıxışını edib. O dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilib. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən coşqun heyranlıqla qarşılanıb.
"Qız qalası"nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Qəmər Almaszadə olub. Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik, onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Reynqold Qlierin "Qırmızı lalə", Adolf Adanın "Korsar", Boris Asafyevin "Bağçasaray fəvvarəsi", Aleksandr Qlazunovun "Raymonda", Sezar Puninin "Esmeralda", Pyotr Çaykovskinin "Şelkunçik" və "Sonalar gölü", Lüdviq Minkusun "Don Kixot", Əfrasiyab Bədəlbəylinin "Qız qalası", Qara Qarayevin "Yeddi gözəl", Niyazinin "Xosrov və Şirin", Aleksandr Kreynin "Laurensiya" baletlərində əsas partiyaları uğurla ifa edib. Üzeyir Hacıbəylinin "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" operalarında rəqqasə qızı oynayıb.
O, səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb.
Balerina Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoyub, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib.
Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olub. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilib.
Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub. Görkəmli balet ustası uzun illər Bakı Xoreoqrafiya Akademiyasında milli kadrların hazırlanması üçün böyük əmək sərf edib, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərib. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr verib.
Qəmər Almaszadə 2006-cı il aprelin 7-də dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.