NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

ABŞ-ın resessiya narahatlığı nefti ucuzlaşdırır

© AP Photo / Richard DrewBirja, arxiv şəkli
Birja, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Cümə günü səhər tezdən neft qiymətləri aşağı düşüb. "Brent" və "Light" markalı neft fevralın əvvəlindən bəri ən böyük həftəlik itki ilə üzləşib.
BAKI, 10 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,48 dollar azalaraq 81,11 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar ucuzlaşaraq 75,1 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti isə 0,72 dollar artaraq 85,45 dollar olub.
Qeyd edək ki, cümə günü səhər tezdən neft qiymətləri aşağı düşüb. "Brent" və "Light" markalı neft fevralın əvvəlindən bəri ən böyük həftəlik itki ilə üzləşib. Qiymətlərin enməsinə əsasən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin sədri Jerome Povelin faiz artımlarının davam edəcəyinə dair xəbərdarlıq etməsi səbəb olub.
Faiz dərəcələrinin artmasının bu il iqtisadi tənəzzülə səbəb ola biləcəyi və bunun da öz növbəsində xam neftə tələbi azaldacağı ilə bağlı narahatlıqlar artıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0