https://sputnik.az/20230310/abs-cinle-bagli-avropa-ttifaqina-vergi-guzestleri-teklif-edib-452520621.html
ABŞ Çinlə bağlı Avropa İttifaqına vergi güzəştləri təklif edib
ABŞ Çinlə bağlı Avropa İttifaqına vergi güzəştləri təklif edib
Sputnik Azərbaycan
ABŞ rəsmiləri bəzi Avropa liderlərinə ötən il qəbul edilmiş iqlim qanunu çərçivəsində fəaliyyət göstərən vergi subsidiyaları və güzəştlərindən istifadə etmək... 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T08:05+0400
2023-03-10T08:05+0400
2023-03-10T08:05+0400
abş
dünya xəbərləri
çin
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439970896_0:0:3071:1728_1920x0_80_0_0_8992b2b30819928a8de4a9239246a3e4.jpg
BAKI, 10 mart — Sputnik. ABŞ Çinlə qarşıdurmaya qoşulmaq üçün Avropa İttifaqına (Aİ) vergi güzəştləri təklif edib. Bu barədə "Politico" qəzeti yazıb. Nəşrin məlumatına görə, Ağ Ev Aİ-yə mövcud ticarət mübahisələrini həll etməyi irəli sürüb. Belə ki, ABŞ rəsmiləri bəzi Avropa liderlərinə ötən il qəbul edilmiş iqlim qanunu çərçivəsində fəaliyyət göstərən vergi subsidiyaları və güzəştlərindən istifadə etmək imkanını vəd ediblər. Bildirilir ki, bunun müqabilində Avropa ölkələri Çin bazarını tərk etməli idilər, buna isə Almaniya hazır deyildi. Çünki Berlin və Pekin arasında sıx ticarət əlaqələri qurulub. "Qarşılıqlı münasibətlər Çinin artan iqtisadi və hərbi gücünə necə reaksiya veriləcəyi ilə bağlı ABŞ və Avropa ölkələri arasında davam edən fikir ayrılıqlarını üzə çıxarıb", - nəşrdə deyilir. Bu yaxınlarda ABŞ kəşfiyyatının rəhbəri Avril Heyns bildirib ki, Pekin Moskvaya xüsusi hərbi əməliyyat (XHƏ) kontekstində yardım edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439970896_126:0:2857:2048_1920x0_80_0_0_6722ae5e05eeb91292e8fa64c420c331.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, çin, avropa ittifaqı
abş, çin, avropa ittifaqı
ABŞ Çinlə bağlı Avropa İttifaqına vergi güzəştləri təklif edib
ABŞ rəsmiləri bəzi Avropa liderlərinə ötən il qəbul edilmiş iqlim qanunu çərçivəsində fəaliyyət göstərən vergi subsidiyaları və güzəştlərindən istifadə etmək imkanını vəd ediblər.
BAKI, 10 mart — Sputnik. ABŞ Çinlə qarşıdurmaya qoşulmaq üçün Avropa İttifaqına (Aİ) vergi güzəştləri təklif edib. Bu barədə "Politico" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Ağ Ev Aİ-yə mövcud ticarət mübahisələrini həll etməyi irəli sürüb.
Belə ki, ABŞ rəsmiləri bəzi Avropa liderlərinə ötən il qəbul edilmiş iqlim qanunu çərçivəsində fəaliyyət göstərən vergi subsidiyaları və güzəştlərindən istifadə etmək imkanını vəd ediblər.
Bildirilir ki, bunun müqabilində Avropa ölkələri Çin bazarını tərk etməli idilər, buna isə Almaniya hazır deyildi. Çünki Berlin və Pekin arasında sıx ticarət əlaqələri qurulub.
"Qarşılıqlı münasibətlər Çinin artan iqtisadi və hərbi gücünə necə reaksiya veriləcəyi ilə bağlı ABŞ və Avropa ölkələri arasında davam edən fikir ayrılıqlarını üzə çıxarıb", - nəşrdə deyilir.
Bu yaxınlarda ABŞ kəşfiyyatının rəhbəri Avril Heyns bildirib ki, Pekin Moskvaya xüsusi hərbi əməliyyat (XHƏ) kontekstində yardım edir.