CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyənin zəlzələ bölgəsindən 2 nəfər vətəndaşımız barədə hələ də məlumat yoxdur - XİN

© AP Photo / Emrah GurelTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Bu gün Türkiyənin zəlzələ bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb.
BAKI, 10 mart - Sputnik. Türkiyənin zəlzələ bölgəsindən hələ də xəbər alına bilməyən vətəndaş sayımız 2 nəfərdir. Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
Diplomat həmçinin qeyd edib ki, bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyənin zəlzələ bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb.
Onun sözlərinə görə, Adana Avtovağzalından yola düşən sonuncu təxliyə avtobusundakı həmvətənlərimizin konkret sayı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində Türkiyənin müxtəlif ali təhsil müəssisələrində 136 Azərbaycan Respublikası vətəndaşı dövlət xətti (dövlət proqramları, HTP/YTB PhD) ilə təhsil alır. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Xatırladaq ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən Trend-in sorğusuna cavab olaraq qeyd edilib ki, ötən il Azərbaycandan Türkiyəyə gedən tələbələrin ümumi sayı 28 500-ü ötüb.
© Photo : MFA AzerbaijanAyxan Hacızadə
Руководитель пресс-службы министерства иностранных дел Азербайджана Айхан Гаджизаде - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Ayxan Hacızadə
Tələbələr İstanbul, Ankara, İzmir, Bursa və Əskişəhər başda olmaqla Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər.
Onu da qeyd edək ki, rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfər təşkil edib.
Zəlzələ baş verən bölgədə - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə Azərbaycandan gedən 136 tələbə təhsil alır.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib.
Yeraltı təkanlar, ardınca yüzlərlə təkanlar Suriya da daxil olmaqla ölkənin 11 vilayətində və qonşu dövlətlərdə hiss olunub.
Fevralın 27-də isə Türkiyənin Malatya şəhərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində binalar aşıb. Nəticədə minlərlə insan ölüb və xəsarət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0