Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

ÜST-ün rəhbəri Qlobal Bakı Forumuna videomüraciət ünvanlayıb

© AFP 2024 / FABRICE COFFRINIÜmumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Biz yeni səviyyədə beynəlxalq əməkdaşlığı, əlaqələndirilmiş tədbirlərin formalaşdırılmasına çalışmalı və gələcəyimizi bununla sığortlamalıyıq.
BAKI, 9 mart — Sputnik. Son illər göstərdi ki, XXI əsrin çağırışlarında multiletaralizm yeni yanaşmaları və tərəfdaşlığı tələb edir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən X Qlobal Bakı Forumunda videomüraciətində deyib.
"Biz bu pandemiyadan dərslər götürməliyik. Yekun nəticədə artıq narahatlıq yaranır ki, dünyada məhz bu məsələlərə diqqətin kifayət qədər olmaması ilə bağlı təhlükə var. Biz yeni səviyyədə beynəlxalq əməkdaşlığı, əlaqələndirilmiş tədbirlərin formalaşdırılmasına çalışmalı və gələcəyimizi bununla sığortlamalıyıq", – videomüraciətdə qeyd olunub.
O qeyd edib ki, səhiyyənin siyasiləşdirilməsi təhlükəlidir:
"Buna qarşı mübarizə aparılmalıdır. Dövlətlər məhz pandemiyaya qarşı hazırlıq və cavab tədbirləri ilə bağlı beynəlxalq məcəllə hazırlayır. Bu, beynəlxalq səhiyyə sistemi üçün çox vacidbir. Vacibdir ki, ölkələr arasında danışıqlar getsin və nəticədə həmin qaydalar ölkələrin qanunlarına uyğun şəkildə həyata keçiriləcək".
Xəbər lenti
0