Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tərtərdə bir nəfər minaya düşüb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
BAKI, 9 mart — Sputnik. Tərtərdə 34 yaşlı kişi minaya düşüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub: "Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir".
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də Tərtər rayonunda baş verən mina hadisəsi barədə məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən bildirilib ki, 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.
Məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadiyev Yaquar Əliheydər oğlu xəsarət alıb: "Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək".
Xəbər lenti
0