DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İstanbulda mümkün zəlzələ səbəbindən 1,5 milyon ev köçürüləcək

© AP Photo / Emrah Gurelİstanbula mənzərə
İstanbula mənzərə - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Türkiyənin ekologiya və şəhərsalma naziri bildirib ki, Türkiyə ərazisinin 70 faizdən çoxu seysmik zonada yerləşir. Belə rayonlardan biri olan İstanbulda beş il ərzində 1,5 milyon ev köçürüləcək.
BAKI, 9 mart — Sputnik. Türkiyənin hakimiyyət orqanları 17 milyonluq İstanbul şəhərində yeddi baldan yuxarı mümkün zəlzələ səbəbindən dağılma ehtimalı olan 1,5 milyon yaşayış binasının sakinlərini beş il ərzində köçürməyi planlaşdırır.
Bu barədə "CNN Türk" telekanalı Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kuruma istinadla məlumat yayıb.
"Türkiyə ərazisinin 70 faizdən çoxu seysmik zonada yerləşir. Belə rayonlardan biri olan İstanbulda beş il ərzində 1,5 milyon ev köçürüləcək. Şəhərin Avropa və Asiya hissələrinin hər birində 500 min və söküləcək binaların yerində də bir o qədər yeni bina tikiləcək", - deyə nazir bildirib.
Türkiyənin Seysmologiya Xidməti Anadolu və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşən İstanbulda 7-7,5 bal gücündə zəlzələ proqnozlaşdırır. Belə zəlzələ 90 min evin dağılmasına, 260 min evin zədələnərək yaşamaq üçün yararsız hala düşməsinə, 4,5 milyon sakinin evsiz qalmasına səbəb ola bilər.
1999-cu ilin avqust ayında İstanbul yaxınlığında 7,6 bal gücündə zəlzələ baş verib. Episentri İstanbuldan 80 kilometr məsafədə - İzmit şəhərində yerləşən zəlzələ 17,2 min insanın həyatına son qoyub.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 46 mini keçib.
Xəbər lenti
0