https://sputnik.az/20230309/sehid-ve-sehid-ailelerine-xerclenen-vesait-dovlet-budcesinden-odenilecek-452518099.html
Şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ödəniləcək
Şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ödəniləcək
Sputnik Azərbaycan
Baş nazir Əli Əsədov "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb. 09.03.2023, Sputnik Azərbaycan
2023-03-09T13:30+0400
2023-03-09T13:30+0400
2023-03-09T13:30+0400
şəhid
cəmiyyət
dövlət sosial müdafiə fondu
pensiya
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0f/424437951_0:242:3080:1975_1920x0_80_0_0_19cec0411b791711e094630fd5a05317.jpg
BAKI, 9 mart — Sputnik. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək. İndiyədək şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikası və müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi. Pensiya və müavinətlərə çəkilən xərclər isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilirdi. Xatırladaq ki, bu qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0f/424437951_349:0:3080:2048_1920x0_80_0_0_b4b625f68140f0ef23c1103b26427313.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhid, dövlət sosial müdafiə fondu, pensiya
şəhid, dövlət sosial müdafiə fondu, pensiya
Şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ödəniləcək
Baş nazir Əli Əsədov "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
BAKI, 9 mart — Sputnik. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək.
İndiyədək şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikası və müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.
Pensiya və müavinətlərə çəkilən xərclər isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilirdi.
Xatırladaq ki, bu qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.