SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunulub, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub.
BAKI, 9 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib.
Görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulanıb, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edilib, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirilib.
Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunulub, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulanıb.
Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Xəbər lenti
0