https://sputnik.az/20230309/kendden-sehere-novruz-yarmarkasi-fealiyyete-baslayir-452529333.html
"Kənddən Şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayır
"Kənddən Şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayır
Sputnik Azərbaycan
Yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata... 09.03.2023, Sputnik Azərbaycan
2023-03-09T18:13+0400
2023-03-09T18:13+0400
2023-03-09T18:13+0400
kənddən şəhərə yarmarkası
cəmiyyət
kənd təsərrüfatı
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777951_0:320:3073:2048_1920x0_80_0_0_bb52318821c3b5181f2878da1fe42a4e.jpg
BAKI, 9 mart — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 11-19 mart tarixlərində "Kənddən Şəhərə" yarmarkaları təşkil olunacaq. Nazirlikdən bildiriblər ki, yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. "Kənddən Şəhərə" Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər. Qeyd edək ki, "Kənddən Şəhərə" Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstəriləcək. "Kənddən Şəhərə" Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək: - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun "Gənclik" stansiyasının çıxışı); - Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777951_0:0:2731:2048_1920x0_80_0_0_082d96fea08c24ccf0c77846d2b13d20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kənddən şəhərə yarmarkası, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi
kənddən şəhərə yarmarkası, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi
"Kənddən Şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayır
Yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
BAKI, 9 mart — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 11-19 mart tarixlərində "Kənddən Şəhərə" yarmarkaları təşkil olunacaq.
Nazirlikdən bildiriblər ki, yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
"Kənddən Şəhərə" Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, "Kənddən Şəhərə" Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstəriləcək.
"Kənddən Şəhərə" Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun "Gənclik" stansiyasının çıxışı);
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı).