https://sputnik.az/20230309/gurcustan-azerbaycan-ermenistan-arasinda-danisiq-ucun-platforma-teqdim-etmeye-hazirdir-452522174.html
"Gürcüstan Azərbaycan-Ermənistan arasında danışıq üçün platforma təqdim etməyə hazırdır"
"Gürcüstan Azərbaycan-Ermənistan arasında danışıq üçün platforma təqdim etməyə hazırdır"
Sputnik Azərbaycan
Sabiq prezident bildirib ki, Gürcüstan region üçün nəyin ən yaxşı olduğunu müzakirə etmək üçün platforma təqdim etməkdə maraqlıdır. 09.03.2023, Sputnik Azərbaycan
2023-03-09T15:40+0400
2023-03-09T15:40+0400
2023-03-09T15:28+0400
siyasət
gürcüstanın sabiq prezidenti
giorgi marqvelaşvili
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260030_0:0:3073:1728_1920x0_80_0_0_b57df965add7c2085c2302c51eaed37e.jpg
BAKI, 9 mart — Sputnik. "Gürcüstan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini böyük maraqla izləyir və bunun üçün platforma təqdim etməyə hazırdır". Bunu Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili deyib. "Ümid edirəm ki, proses Azərbaycan və Ermənistan arasında münasibətlərin sabitləşməsinə doğru gedir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, Ermənistan da bizə yaxın dövlətdir. Buna görə də Gürcüstan region üçün nəyin ən yaxşı olduğunu müzakirə etmək üçün platforma təqdim etməkdə maraqlıdır. ATƏT-in Minsk Qrupunun artıq mövcud olmadığını nəzərə alsaq, bu, xüsusilə vacibdir", - Marqvelaşvili bildirib. "Qlobal Bakı Forumu illər ərzində yanaşmaları sınaqdan keçirmək, bilikləri bölüşmək və müxtəlif dövlətlərin təcrübələrini öyrənmək baxımından çox faydalı platformaya çevrilib", - Gürcüstanın sabiq prezidenti deyib. O, tədbirin məzmun, logistika və iştirakçılar baxımından yaxşı təşkil olunduğunu bildirib. "Bu Forumu təşkil etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm", - Gürcüstanın sabiq prezidenti əlavə edib. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260030_84:0:2815:2048_1920x0_80_0_0_8723f87d46887bdf3f27e8300a00a9b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
gürcüstanın sabiq prezidenti, giorgi marqvelaşvili, gürcüstan
gürcüstanın sabiq prezidenti, giorgi marqvelaşvili, gürcüstan
"Gürcüstan Azərbaycan-Ermənistan arasında danışıq üçün platforma təqdim etməyə hazırdır"
Sabiq prezident bildirib ki, Gürcüstan region üçün nəyin ən yaxşı olduğunu müzakirə etmək üçün platforma təqdim etməkdə maraqlıdır.
BAKI, 9 mart — Sputnik. "Gürcüstan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini böyük maraqla izləyir və bunun üçün platforma təqdim etməyə hazırdır".
Bunu Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili deyib.
"Ümid edirəm ki, proses Azərbaycan və Ermənistan arasında münasibətlərin sabitləşməsinə doğru gedir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, Ermənistan da bizə yaxın dövlətdir. Buna görə də Gürcüstan region üçün nəyin ən yaxşı olduğunu müzakirə etmək üçün platforma təqdim etməkdə maraqlıdır. ATƏT-in Minsk Qrupunun artıq mövcud olmadığını nəzərə alsaq, bu, xüsusilə vacibdir", - Marqvelaşvili bildirib.
"Qlobal Bakı Forumu illər ərzində yanaşmaları sınaqdan keçirmək, bilikləri bölüşmək və müxtəlif dövlətlərin təcrübələrini öyrənmək baxımından çox faydalı platformaya çevrilib", - Gürcüstanın sabiq prezidenti deyib. O, tədbirin məzmun, logistika və iştirakçılar baxımından yaxşı təşkil olunduğunu bildirib.
"Bu Forumu təşkil etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm", - Gürcüstanın sabiq prezidenti əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.