DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransada atom elektrik stansiyasında çat aşkarlanıb

© AFP 2024 / LENNART PREISSAES
AES - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Açıqlamada çatın aşkarlanması ilə təhlükəsizlik səbəbindən sözügedən stansiya da daxil olmaqla bir çox nüvə stansiyasındakı reaktorların fəaliyyətinin dayandırıldığı bildirilib.
BAKI, 9 mart — Sputnik. Fransanın enerji təminatçısı "EDF" "Penly 1" Atom Elektrik Stansiyasında reaktorun qəza su borusunda gözləniləndən daha böyük çatlaq müşahidə edildiyini açıqlayıb.
Açıqlamada çatın aşkarlanması ilə təhlükəsizlik səbəbindən sözügedən stansiya da daxil olmaqla bir çox nüvə stansiyasındakı reaktorların fəaliyyətinin dayandırıldığı bildirilib. Çatlamanın 2021-ci ildə bir çox reaktorda aşkar edilən korroziya ilə əlaqəli olduğu düşünülür.
Fransa Nüvə Təhlükəsizliyi Təşkilatının (ASN) direktoru Julien Collet AES-in fəaliyyətinin dayandırılmasının aylarla davam etməyəcəyini bildirib.
Xatırladaq ki, fevralın 13-də Lion şəhərini elektrik enerjisi ilə təmin edən ölkənin ən qədim atom elektrik stansiyasında radioaktiv sızma aşkar edilib. "EDF" 2022-ci ilin dekabrında Liondan 30 kilometr uzaqlıqda yerləşən "Bugey" Atom Elektrik Stansiyasında iki reaktorun tullantı sularında aparılan ölçmələrdə yüksək səviyyədə tritium sızmasının müşahidə edildiyini bildirmişdi.
Xəbər lenti
0